Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Bu, Qərbi Avropanın aşkar ikiüzlülüyüdür”

17.04.18, 12:31
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Rişard Çarnetski: “Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrindən üz çevirməyə dəyməz”

Avropa Parlamentində erməni diasporu ilə işbirliyində bəzi qruplar AP-nin vitse-prezidenti Rişard Çarnetski, deputatlar Kosma Zlotovski və Devid Bannermana qarşı qarayaxma kampaniyasına start veribər.
Buna səbəb isə Avropalı Konservatorlar və İslahatçılar Alyansını (ACRE) təmsil edən Çarnetski, Zlotovski və Bannermanın Bakıya səfəri olub.
Rişard Çarnetski ona və həmkarlarına qarşı aparılan kampaniyanın qərzəli olduğunu bildirib. O deyib: “Bunu özümə qarşı, Avropa Parlamentində Polşanın maraqları uğrunda mübarizəmə qarşı hücum hesab edirəm. Avropalı konservatorlar və islahatçılar postsovet məkanı ilə münasibətlərə xüsusi əhəmiyyət verirlər. Cənubi Qafqazdan dörd partiyanın – iki Gürcüstan, bir Ermənistan və bir Azərbaycan partiyasının bu Avropa partiyasına üzvlüyü də bunu sübut edir.
Azərbaycandan olan bu partiya prezident seçkilərində Qüdrət Həsənquliyevin namizədliyini irəli sürmüşdü. Avropalı Konservatorlar və İslahatçılar Alyansının polşalılar üçün və postsovet ölkələri ilə əlaqələrin ACRE üçün nə qədər əhəmiyyətli olmasını anlamağınız üçün deyə bilərəm ki, partiyamızın ötənilki sammiti Ermənistanda keçirilmişdi, builki isə Azərbaycanda təşkil olunacaq. Hesab edirik ki, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrindən üz çevirməyə dəyməz. Bu, o demək olacaq ki, biz onları Rusiyanın əllərinə tərəf itələyirik”.
Çernetskinin sözlərinə görə, onlara Azərbaycana getməyə qadağa qoyulması ilə bağlı məlumat yanlışdır. Azərbaycana ACRE-nin Kosma Zlotovskinin rəhbərliyi altında rəsmi nümayəndə heyəti getmişdi. Bizə heç kim Bakıya getməməyimizlə bağlı rəsmi xəbərdarlıq erməyib. Fraksiyamızın rəhbərliyinə bununla əlaqədar heç bir məktub yollanmayıb. Bu, Qərbi Avropanın aşkar ikiüzlülüyüdür.
Seçkilərdən sonra Donald Tusk prezident İlham Əliyevi təbrik edəndə, onun heç bir problemi olmur. Merkel və Mogerini, Renzi və Yunker Azərbaycan başçısı ilə görüşüblər. Yalnız polşalı siyasətçilər Əliyevlə görüşəndə narazılıq yaranır. Bizim səfərimizlə bağlı tənqid ikiüzlülüyün son həddidir.
Biz prezident Lex Kaçinskinin siyasətini davam etdirməliyik. Bu, yalnız Polşa üçün deyil, bütün Avropa İttifaqı üçün vacib məsələdir. Beləliklə, biz Rusiyanın bu sahədə təsirini məhdudlaşdırırıq. Təbiət vakuumu sevmir. Orada biz yoxuqsa, ruslar olacaq. Regiona arxamızı çevirməklə biz Bakını, Tbilisini, Yerevanı, yaxud Astananı Rusiyanın silahına doğru itələyirik.
Bizə şamil olunan bəyanat çox qeyri-peşəkardır. Orada göstərilir ki, mən Özbəkistanda olmuşam. Bu, doğru deyil. Mən Qazaxıstanda, Qırğızıstanda, Monqolustanda, Tacikistanda olmuşam, amma heç vaxt Özbəkistanda olmamışam. Onlar həmçinin mənim Azərbaycandakı heç vaxt etmədiyim bəyanatımı da misal gətirirlər. Bu, sadəcə olaraq, ovdur. Bu baş verənləri özümə qarşı, Avropa Parlamentində Polşanın maraqları uğrunda mübarizəmə qarşı hücum hesab edirəm. Biz bu regionla əməkdaşlıq etməliyik”.
Böyük Britaniya parlamentinin deputatı Kempbell Bannerman isə EU Reporter saytına açıqlamasında deyib ki, onun təmsil olunduğu qrup Azərbaycandakı seçkiləri müşahidə etməkdə narahatlıq doğuran nəsə görmür.

Bu xəbər oxundu
- - -