Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Azərbaycan qazı Avropaya 2020-ci ilin martında nəql ediləcək

17.04.18, 13:02
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“SOCAR Turkey Enerji” şirkəti Transanadolu boru kəməri (TANAP) layihəsində yeddi faizlik payın sahibi olub. Bunu Əskişəhərdə mətbuat konfransı zamanı TANAP konsorsiumunun rəhbəri Saltuk Düzyol deyib. Bununla bağlı saziş bu il mart ayının sonunda imzalanıb. Beləliklə, TANAP səhmdarlarının pay bölgüsü bu cür olub: “Cənub Qaz Dəhlizi” QSC – 51 faiz, “SOCAR Turkey Enerji” 7 faiz, “Botaş” – 30 faiz, BP – 12 faiz.
"Bu günə qədər TANAP-ın tikintisinə 5,6 milyard dollar xərclənib". S.Düzyol əlavə edib ki, bu layihə ilə bağlı xarici banklardan 3,75 mlrd. dollar kredit cəlb edilib. Onun sözlərinə görə, bu layihənin xərclərin 7,99 milyard dollar olacağı qiymətləndirilir. "Bu günə qədər Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) tikintisində 82 165 299 insan saat iş işlənilib. İnşaat işlərində 1 mln. 310 min ton kəmər qaynaq edilib", - deyə S.Düzyol vurğulayıb.
"2019-cu ilin iyun ayında Trans-Adriatik Qaz Boru kəmərinə (TAP) qaz verməyə hazır vəziyyətdə olacağıq. Biz bilirik ki, bu vaxta qədər TAP boru kəməri tam hazır olmayacaq. Ancaq bununla belə biz öz işimizi əvvəldən tutub buna da hazır vəziyyətə gələcəyik”, - deyə S.Düzyol vurğulayıb. Qeyd edək ki, TAP boru kəməri ilə Avropaya Azərbaycan qaz 2020-ci ilin mart ayında nəql ediləcək.

Bu xəbər oxundu
- - -