Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Caspian Energy” jurnalının təqdimat mərasimi keçirilib

17.04.18, 13:56
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Caspian Energy International Media Group və Caspian European Club Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyi ilə birlikdə Caspian Energy jurnalının Naxçıvan MR-in lider olduğu Azərbaycanın iqtisadi regionlarının illik investisiya reytinqinin nəticələrinə həsr olunmuş xüsusi buraxılışının təqdimatını təşkil ediblər.
Təqdimat mərasimində Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov, Milli Məclisin deputatları, Azərbaycandakı diplomatik missiya rəhbərləri, həmçinin Caspian European Club-un idarə heyətinin və üzv şirkətlərinin nümayəndələri iştirak ediblər.
Caspian European Club-un Sədrinin birini müavini və baş icraçı direktoru Telman Əliyev xatırladıb ki, sözügedən reytinqdə regionlar 18 parametr üzrə altı qrupa bölünüblər: sosial-demoqrafik göstərici, sosial-iqtisadi vəziyyət, işgüzar mühit, infrastruktur, rifahlıq və kənd təsərrüfatı. “Bu reytinqi biz bir neçə il ərzində Caspian European Club-un Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev üçün hazırlamışıq. Ötən ildən etibarən investisiya reytinqini Caspian Energy jurnalının yekun nömrəsində dərc edirik”, - deyə Telman Əliyev əlavə edib.
O, Azərbaycan Respublikasında akkreditə olunmuş xarici dövlətlərin səfirlərinin Caspian Energy jurnalına verdikləri müsahibə zamanı Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişafını xüsusilə vurğulayaraq, Naxçıvan rəhbərliyinin alternativ və bərpaolunan enerji mənbələrinə, həmçinin innovasiya texnologiyalarının tətbiqinə və turizmin inkişafına göstərdiyi diqqətdən valeh olduqlarını qeyd ediblər.
Naxçıvanda istehsal olunan məhsulların müxtəlifliyi və yüksək keyfiyyəti, həmçinin Muxtar Respublikanın hakim dairələrinin yerli iqtisadiyyatın inkişafı və regional məhsul çeşidlərinin diversifikasiyası üçün göstərdikləri səylər səfirlərdə yüksək təəssürat oyadıb. Onlar sənaye məhsullarının çeşidlərinin davamlı artırılması prosesinin Azərbaycanın digər regionlarında da getdiyindən əminliklərini ifadə ediblər.
Çıxışının sonunda Telman Əliyev Caspian Energy jurnalının bu nömrəsinin dünyanın 70 ölkəsinin dövlət və hökumət başçılarına, həmçinin dövlət və transmilli şirkətlərin, beynəlxalq maliyyə institutlarının və aparıcı analitik mərkəzlərin, investisiya şirkətlərinin və reytinq agentliklərinin rəhbərlərinə təqdim olunacağını bildirib.
Türkiyənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Erkan Ozoral Azərbaycanla Türkiyə arasındakı münasibətlərin mühüm hissəsini Türkiyə və Naxçıvan əlaqələri təşkil edir. “Uzun illər ərində formalaşmış bu əlaqələr hal-hazırda da fəal şəkildə inkişaf etməyə davam edir. Biz Naxçıvanın Türkiyə bazarında iştirakını və bunun nəticəsində ticari əlaqələrin və turizm əməkdaşlığının inkişaf etdiyini görürürük”, - deyə səfir bildirib.
Fransanın Azərbaycandakı səfiri Aurelia Buşez 2017-ci il oktyabrın 18-19-da Naxçıvanda olduğunu qeyd etmişdir. “Məni Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri cənab Vasif Talıbov və Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Famil Seyidov qarşıladılar. Bu səfər bütün sahələrdə ikitərəfli əlaqələri müzakirə etmək üçün əla imkan oldu”, - deyə o söyləyib. Həmçinin Naxçıvan iqtisadiyyatının inkişaf dinamikasını qeyd edən səfir bir neçə yerli müəssisə ilə yanaşı, baş çəkdiyi Maxçıvan biznes-mərkəzinin fəaliyyətinin buna sübut olduğunu bildirib.
Azərbaycanın Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli çıxışı zamanı baş tutmuş seçkilərdən və cənab İlham Əliyevin qələbəsindən sonra bu cür tədbirin təşkilinin əhəmiyyətini vurğulayıb. O bildirdi ki, İlham Əliyevin qələbəsi cənab Prezidentin ölkənin bütün iqtisadi regionlarının inkişafı istiqamətində həyata keçirdiyi uğurlu siyasəti bir daha nümayiş etdirir.
Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərova Naxçıvan MR ilə xarici dövlətlər arasındakı beynəlxalq əlaqələrin inkişafına verdiyi töhfələrə, işlərin irəliləyişinə və investisiya imkanlarının genişləndirilməsinə görə Caspian European Club-un fəxri üzvlük sertifikatı təqdim olunub. Sıralarında dünyanın 70 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və Caspian Energy İnternational Media Group-un fəal iştirakı ilə yaradılıb.

Bu xəbər oxundu
- - -