Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

2100-ə yaxın material xüsusi qorunma su nişanları ilə təchiz edilib

20.04.18, 11:17
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Müəlliflərin və digər hüquq sahiblərinin hüquqlarının qorunması baxımından xüsusi əhəmiyyətə malik olan əsərlərin rəsmi qeydiyyatının həyata keçirilməsinin tətbiq edildiyi 1996-cı ildən 2018-ci il 1 yanvar tarixinədək Müəllif Hüquqları Agentliyində bütövlükdə 11554 əsər və əlaqəli hüquqların obyektləri, o cümlədən “Elektron xidmət” bölməsi vasitəsi ilə 85 müəllifin 177 əsəri qeydiyyatdan keçirilib.
Bu barədə Müəllif Hüquqları Agentliyinin Bakıda keçirdiyi “Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarını ifşa edir” mövzusunda keçirilən konfransda agentliyin sədri Kamran İmanov deyb. O bildirib ki, qlobal rəqəmli şəbəkədə əqli mülkiyyət hüquqları ilə qorunan obyektlərdən istifadə edilməsinə “one-stop-shop” formatında və onlayn qaydada icazə verilməsinə əsaslanan rəqəmli hüquqları idarəetmə sistemi (Digital Right Management) yaradılaraq, tam olaraq istifadəyə verilib: “Hazırda bu sistem çərçivəsində elektron bazanın formalaşdırılması üzrə işlər davam etdirilir, artıq Azərbaycan mədəni irsinə aid 2100-ə yaxın mətn, foto, audio, video material rəqəmsallaşdırılaraq, elektron bazaya yüklənib və xüsusi qorunma su nişanları ilə təchiz edilib. İnternetdə rəqəmli hüquqların idarə edilməsi sisteminin təkmilləşdirilməsi məqsədilə Agentlik tərəfindən hazırda blokçeyn texnologiyasına əsaslanan xüsusi platforma yaradılır. Məqsəd müasir texnologiyaların tətbiqi yolu ilə hüquqların kollektiv idarəetmədən daha əlverişli və ədalətli olan əsərlərin fərdi idarəedilməsinə qaytarmaqdır. Bu texnologiya vasitəçiləri aradan götürərək, etimadı artırır və piratçılığın qarşısının alınmasına əhəmiyyətli töhfə verir”.

Bu xəbər oxundu
- - -