Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

KİV-də sponsor reklamı ilə bağlı qaydalar dəyişir

20.04.18, 11:43
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Milli Məclisin İnsan hüquqları komitəsinin dünən keçirilən iclasında “Kütləvi İnformasiya Vasitələri haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, 21-ci (Kütləvi informasiya vasitələrinə sponsorluq) maddənin birinci hissəsinin ikinci cümləsi dəyişdirilərək belə verilir: “Reklam haqqında” qanun ilə reklamı qadağan edilmiş malların istehsalı və (və ya) satışı ilə məşğul olan şəxslər sponsor ola bilməzlər.
Cümlənin hazırda qüvvədə olan variantı isə belədir: “Reklamı qadağan edilmiş məhsulların istehsalçılarının və satışını həyata keçirən şəxslərin sponsorluğuna yol verilmir”. Maddənin beşinci hissəsi isə dəyişdirilərək belə verilir: “Sponsorun maliyyə yardımı ilə hazırlanmış dövri mətbu nəşrlərdə bu barədə məlumat çap olunmalıdır. Dövri mətbu nəşrlərdə yayımlanan elanlarda (anonslarda) əmtəə nişanının, reklamvericinin, sponsorun adının və loqosunun yerləşdirilməsi reklam hesab olunur”.
Hissənin hazırda qüvvədə olan variantı isə belədir: “Sponsorun maliyyə yardımı ilə hazırlanmış dövri mətbu nəşrlərdə bu barədə məlumat çap olunmalı, verilişlərin (proqramların) əvvəlində və sonunda firma nişanını göstərməklə, yaxud titrlər və ya diktor mətni vasitəsilə açıq informasiya verilməlidir. Tərəflər arasında bağlanmış müqavilədə sponsorun elan edilməsinin başqa üsulla da müəyyən edilə bilər”.
Eyni zamanda maddəyə aşağıdakı hissə əlavə edilir: “Sponsor reklamı “Reklam haqqında” qanuna uyğun olaraq yayımlanır.
Layihəyə əsasən qanunun 45-ci (Təkzib, cavab və düzəliş verilməsi qaydası) maddəsinə aşağıdakı hissə əlavə edilir: “Haqsız, qeyri-dəqiq və gizli reklam “Reklam haqqında” qanunun tələbləri nəzərə alınmaqla təkzib olunur”.

Bu xəbər oxundu
- - -