Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Bəzi İcra Hakimiyyətlərinin başçıları biznesmenləri sıxışdırır ”

20.04.18, 11:44
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Bölgələrdə bəzi İcra Hakimiyyətlərinin başçıları yerli biznes nümayəndələri sıxışdırır, onlara aid olmayan işlərə cəlb edir, vəsaitlərini, pullarını əllərindən alırlar”.
Bunu deputat Fazil Mustafa Milli Məclisin İnsan hüquqları komitəsində Ombudsmanın illik hesabatının müzakirəsi bildirib. Deputat deyib ki, bu yaxınlarda bir rayonda İcra Hakimiyyəti başçısının biznesmeni təzyiqə məruz qoyması, pulunu geri qaytarmaması və həmin şəxsin aclığa başlaması ilə bağlı məlumatlar ciddi narazılıq yaradıb: “Təəssüf ki, bu məsələ Ombudsmanın hesabatına salınmayıb. Hələ plenar iclasadək vaxt var, yaxşı olardı ki, bu məsələ də Ombudsmanın məruzəsinə salınsın. İcra Hakimiyyəti başçıları görsünlər ki, onların qanunsuz əməlləri nəzərdən qaçırmır”.
Deputat Hikmət Məmmədov isə həmkarından konkret olaraq həmin İcra Hakimiyyəti başçılarının adlarının açıqlamasını xahiş edib.

Bu xəbər oxundu
- - -