Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Zamiq Atakişiyev peşəkar rinqdə beşinci qələbəsini qazanıb

20.04.18, 12:38
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azərbaycanın və “Qəbələ” idman klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə növbəti döyüşünü keçirib. Otuz iki yaşlı idmançımız Rusiyanın Yekaterinburq şəhərində təşkil olunan “Extra Round” seriyalı turnirdə qüvvəsini sınayıb. Z.Atakişiyev “Extra Round 7” şousunun 9-cu döyüşündə rinqə çıxıb. Superağır çəki dərəcəsində (90,7 kq-dan yuxarı) mübarizə aparan idmançımız Boliviya təmsilçisi Saul Farah ilə 6 raundluq döyüşdə üz-üzə gəlib. Peşəkar rinqdə 6-cı sınağına çıxan təmsilçimiz zəngin təcrübəyə malik (65 qələbə, 3 heç-heçə, 23 məğlubiyyət) cənubi amerikalını məğlub edib. Saulun döyüşü davam etdirməkdən imtinası Z.Atakişiyevin texniki nokautla qalib gəlməyini rəsmiləşdirib. Bu, hesabında 1 heç-heçə olan boksçumuzun 5-ci qələbəsi olub.

Bu xəbər oxundu
- - -