Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Sahibkarlar üçün ixrac proseduru sadələşdirilir

23.04.18, 13:16
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Rəqəmsal Ticarət Qovşağının meneceri Nicat Əsədlinin vahid ixrac ərizəsi ilə bağlı "APA-Economics"ə müsahibəsi

- İlk olaraq, Online Vahid İxrac Ərizəsi nədir?
- Son illər Azərbaycanda aparılan dərin iqtisadi islahatlar çərçivəsində sahibkarların ixrac imkanlarını genişləndirmək üçün bir sıra mühüm işlər görülüb. Dünyada ilk dəfə online vahid ixrac ərizəsinin də Azərbaycanda yaradılması aparılan islahatların bariz nümunəsidir. Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) bu yeni xidməti Rəqəmsal Ticarət Qovşağı və Azexport portalı vasitəsilə həyata keçirəcək. Beləliklə, sahibkarlar vahid ixrac ərizəsinin onlayn qaydada doldurulmaqla məhsullarını daha asan ixrac edə biləcəklər. Vahid İxrac Ərizəsi sahibkarların ixrac etdikləri məhsullar üçün tələb olunan bütün sənədlərin vahid pəncərə prinsipi əsasında onlayn qaydada əldə etməsini təmin edir. Dünyada ilk dəfə olaraq Azərbaycanda təklif olunan bu xidmət Rəqəmsal Ticarət Qovşağı və Azexport portalı vasitəsilə təqdim edilir. Sahibkarlar Vahid İxrac Ərizəsini onlayn qaydada doldurulmaqla məhsullarını daha asan ixrac edə biləcək, ixrac prosesi çərçivəsində sərf olunan müddətin qısaldılmasına və çəkilən xərclərin minimuma endirilməsinə nail olacaqlar.
- Online Vahid İxrac Ərizəsi hansı səbəbdən yaradıldı?
- Son illərdə ölkəmizdə sahibkarlar üçün əlverişli biznes mühitinin yaradılması məqsədilə bir çox dəstək mexanizmləri işə salınıb. Bunlara misal olaraq, Azexport.az portalının, Rəqəmsal Ticarət Qovşağının və Bir Pəncərə İxraca Dəstək Mərkəzinin fəaliyyətə başlamasını misal gətirmək olar.
Rəqəmsal Ticarət Qovşağında yer alan online Vahid İxrac Ərizəsinin istifadəyə verilməsinin səbəbi elə məhz sahibkarların ixrac üçün iş yükünü və ixrac prosedurlarının icrasında məmur sahibkar təmasını minimuma endirmək olmuşdur. Bu xidmət eyni zamanda respublikanın bölgələrində yerləşən sahibkarlar üçün icazələrin alınması prosedurunu daha da asanlaşdıracaq.
Qeyd etmək lazımdır ki, İxracda tələb olunan icazələrin, ixrac gömrük bəyannaməsinin və ixrac təşviqinin vahid elektron ərizə əsasında verilməsi Prezident İlham Əliyevin “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanında nəzərdə tutulub.
- Vahid İxrac Ərizəsinin funksiyaları hansılardır?
- Yeni elektron xidmət, sahibkarların ixrac etdikləri məhsulları onlayn vahid ərizə əsasında müraciət etməklə ixrac üçün tələb olunan bütün icazə sənədlərinin (baytarlıq, fitosanitar, mənşə, keyfiyyət və s.) əldə edilməsi, o cümlədən, elektron gömrük bəyannaməsinin doldurulması və ixrac təşviqi məbləğinin alınmasını özündə birləşdirir.
Online Vahid İxrac Ərizəsinin doldurulması sistemi intellektual məntiqə əsaslanaraq qurulub. Yəni istifadəçi özü haqqında minimal məlumatları daxil edir. Sahibkar bu məlumatları yalnız bir dəfə daxil etməklə (məsələn: malın adı və ixrac ölkəsi) digər zəruri məlumatlar, o cümlədən idxal ölkəsi üçün tələb olunan sənədlər sistem tərəfindən avtomatik müəyyən edilir və ərizəçiyə təqdim edilir. Sonrakı mərhələdə ərizəçinin razılığı əsasında elektron vahid ixrac ərizəsi formalaşır və tələb olunan icazələrin alınması üçün sistem tərəfindən müəyyən edilmiş iştirakçılara (dövlət qurumlarına) ünvanlanır.
- Vahid İxrac Ərizəsinin yaradılması sahibkarlar üçün və ümumilikdə ölkə iqtisadiyyatı üçün nə deməkdir?
- Sistemin işə salınması ixrac proseduralarının icrasında məmur sahibkar təmasını minimuma endirəcək və sənədlərin icra müddətini bir neçə dəfə azaldacaq. Bundan əlavə respublikanın bölgələrində yerləşən sahibkarlar üçün icazələrin alınması proseduru daha rahat olacaq. Müxtəlif sertifikatların alınması zamanı xərclər minimuma endiriləcək bu da öz növbəsində yerli bazarlara üstünlük verən sahibkarların xarici bazarlara ixraca marağını artıracaqdır. Ümumilikdə ixrac proseslərinin sadələşdirilməsi ölkəmizin ixrac potensialının tam reallaşdırılmasına və nəticədə ticarət balansında müsbət saldonun daha da artırılmasına şərait yaradacaq.
- İndiyə qədər Vahid İxrac Ərizəsindən istifadə edənlərin sayı nə qədərdir?
- Onlayn Vahid İxrac Ərizəsi vasitəsilə təkcə bu ilin ilk 3 ayı müraciət ərzində yüzlərlə müraciət qəbul olunub və təsdiq edilib. Müraciətlər arasında müxtəlif sertifikatlar yer alsa da onlar arasında ən çox tələbat İqtisadiyyat Nazirliyinin verdiyi mənşə sertifikatı olub. Son statistikaya nəzər yetirdikdə müraciətlərin sayının proqressiv şəkildə artdığını və istifadə sayının yaxın gələcəkdə də eyni tendensiyanı müşahidə edəcəyini deməyə əsas verir.

Bu xəbər oxundu
- - -