Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

İrəvan Teatrı Türkiyəyə qastrol səfərinə hazırlaşır

24.04.18, 13:22
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azərbaycan Prezidentinin müvafiq Sərəncamına əsasən 31 mart azərbaycanlıların soyqırımı tarixinin 100 illiyi münasibətilə Mədəniyyət Nazirliyi tədbirlər həyata keçirir.
Bu tədbirlər planı çərçivəsində Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı aprelin 27-dən mayın 10-dək ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı tarixinin 100-cü il dönümünün geniş təbliğ edilməsi və anım mərasimlərinin keçirilməsi məqsədilə Türkiyənin Trabzon, Sakarya, İstanbul, Ədirnə, Çanaqqala, İzmir, İnegöl və Ankara şəhərlərində qastrol səfəri həyata keçirəcək.
Səfər Türkiyə Cümhuriyyəti Anadolu Aydınlar Ocağının rəhbəri, professor İbrahim Öztəkin dəvəti və Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycan-Türkiyə mədəniyyət və sənətdə DEV kardeşlik və candaşlıq” layihəsi çərçivəsində reallaşacaq.
Tədbirdən əvvəl ermənilərin türklərə qarşı törətdiyi soyqırımı hadisələri ilə bağlı konfrans keçiriləcək.
Qastrol səfərində şair-dramaturq İftixar Priyevin “Soyqırımı tarixinin dastanı” tamaşası nümayiş olunacaq.

Bu xəbər oxundu
- - -