Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

ADU Türk Universitetlər Birliyinə üzv olub

24.04.18, 15:32
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq Əlaqələr üzrə prorektoru Jalə Qəribova 19-20 aprel 2018-ci il tarixlərində Bişkekin Qırğızıstan-Türkiyə Manas Universitetində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) nəzdində fəaliyyət göstərən Türk Universitetlər Birliyinin III Ümumi Yığıncağında iştirak edib.
Yığıncaqda ADU TDƏŞ nəzdində fəaliyyət göstərən Türk Universitetlər Birliyinə üzv seçilib. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) nəzdində fəaliyyət göstərən Türk Universitetlər Birliyi türkdilli ölkələr arasında işbirliyini təmin edən beynəlxalq qurum olaraq 2009-cu ildən fəaliyyət göstərir. Türkiyə, Azərbaycan, Qırğızıstan və Qazaxıstan adıçəkilən Şuranın yaradıcılarıdır.
Yığıncaq zamanı prorektor Jalə Qəribova Qırğızıstan-Türkiyə Manas Universitetində Azərbaycan Dillər Universitetinin yaranma və inkişaf tarixi, fəaliyyət və beynəlxalq əlaqələri, proqram və qrant layihələrində iştirakı barədə tanıtım təqdimatı ilə çıxış edib.
Universitetdə fəaliyyət göstərən fakültələr və kafedralar haqqında məlumat verən Jalə Qəribova mövcud olan departamentlər, mərkəzlər, şöbələr, elmi-tədqiqat laboratoriyalarının fəaliyyətindən də danışıb.
ADU-nun dünyanın bir çox universitet və təşkilatları ilə ikitərəfli və çoxtərəfli əməkdaşlıq müqavilələri imzaladığını, beynəlxalq layihələrdə iştirak etdiyini diqqətə çatdıran J.Qəribova son on il ərzində 500-dən çox tələbənin bu proqramlar çərçivəsində dünyanın müxtəlif universitetlərində təhsil aldığını deyib.
Prorektor təqdimatında hər il ADU-da universitetin uğurlu fəaliyyəti nəticəsində ingilis, alman, fransız, macar, polyak, italyan, ispan, yapon, koreya, çin və digər dillərin tədrisi üzrə dünyanın bir çox ölkələrindən professor, müəllim və mütəxəssislərin tədris proqramlarına cəlb edildiyini, eyni zamanda xarici tələbələrin təhsil aldığını qeyd edib.
Jalə Qəribova, həmçinin ADU-nun Türkiyənin bir çox universitetləri ilə həm ikitərəfli müqavilə, həm Erasmus +, həm də Mevlana proqramı çərçivəsində əməkdaşlıq etdiyini əlavə edib.

Bu xəbər oxundu
- - -