Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Abidələrin bərpası üçün dövlət qurumlarının dəstəyi lazımdır”

25.04.18, 11:39
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Qafqaz Tarixi Mərkəzinin təşəbbüsü və YUNESKO-nun mənəvi ənənələrin və dinlərarası dialoqun müqayisəli tədqiqatları kafedrasının dəstəyi ilə AMEA Mərkəzi Elmi Kitabxanasında müxtəlif ölkələrin alim və tədqiqatçılarından ibarət işçi qrup Azərbaycanda və ümumilikdə bütün Qafqazda hələ də qeydə alınmamış, öyrənilməmiş və qorunmayan abidələrin pasportlaşdırılmasını reallaşdıracaq. Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov deyir ki, bu işçi qrupunun yaradılmasının səbəbi mədəni irsin qorunması sahəsində olan boşluqlardır:
“Bu işçi qrupunda müxtəlif ölkələrin nümayəndələri təmsil olunur. İşçi qrupunun üzvləri abidələrimizə qarşı qonşu ölkələrin münasibəti ilə tanış olublar və onlar bu sahədə bizə dəstək verməyə hazırdırlar. Əsas fəaliyyətimiz abidələrin həm pasportlaşmasını təmin etmək, həm də yerli əhalinin köməkliyi ilə bu abidələrin qorunmasına nail olmaqdır. Abidələrin bərpası texnik və maliyyə baxımından ağır bir prosesdir. Burada dövlət qurumlarının dəstəyinə ehtiyac var”.
Rizvan Hüseynovun qənaətinə görə, Azərbaycanda tarixi memarlıq abidələrinin vəziyyətində müəyyən problemlər var.
O bildirib ki, Azərbaycan dövləti memarlıq və digər abidələrin öyrənilməsinə və qorunmasına böyük diqqət ayırır: "Ölkəmizdə və ümumilikdə bütün Qafqazda hələ də qeydə alınmamış, öyrənilməmiş və qorunmayan zəngin irs mövcuddur. Onların pasportlaşdırılmasına ciddi ehtiyac duyulur. Bu məqsədlə Qafqaz Tarixi Mərkəzinin təşəbbüsü və YUNESKO-nun mənəvi ənənələrin və dinlərarası dialoqun müqayisəli tədqiqatları kafedrasının dəstəyi ilə AMEA Mərkəzi Elmi Kitabxanasında müxtəlif ölkələrin alim və tədqiqatçılarından ibarət işçi qrup yaradılıb. İşçi qrupa Azərbaycan, Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan, Türkiyə və digər ölkələrin alimləri daxildir. Ora müxtəlif ölkələrdən mütəxəssislərin də cəlb olunması nəzərdə tutulur".
Rizvan Hüseynov bildirib ki, işçi qrupu üzvlərinin ilk olaraq Azərbaycanın qərb regionuna səfəri planlaşdırılır: "Həmin ərazilərdə antik, xristian, islam mədəniyyətinə aid olan abidələrin araşdırılması və pasportlaşdırılması nəzərdə tutulub. Bu layihəni gerçəkləşdirməklə Azərbaycandakı müvafiq qurumların və dünyadakı təşkilatların diqqətini bu işə cəlb etmək istəyirik".

Bu xəbər oxundu
- - -