Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Autizm sindromlu uşaqların iştirakı ilə moda nümayişi olacaq

25.04.18, 11:40
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

"Birgə və Sağlam" ictimai birliyinin və "Ümid var" xeyriyyə cəmiyyəti təşkilatçılığı, AS Group Investment şirkətinin baş sponsorluğu ilə aprelin 30-da saat 18:30-da YARAT Müasir İncəsənət Mərkəzində autizm sindromlu uşaqların iştirakı ilə moda nümayişi olacaq.
"Autizm- Fərqli və Bizdən Biri" adlanan moda nümayişində Azərbaycanda bizim təşəbbüsümüzlə artıq üçüncü dəfə podiuma autizmli uşaqlar çıxacaq. Hər zaman böyük qayğiya ehtiyacı olan autizmli uşaqlar bu dəfə " My Brands" yaz-yay kolleksiyalarını təqdim edəcəklər. Kolleksiyanı podiumda "Birgə və Sağlam" ictimai birliyinin reabilitasiya mərkəzinin 20 uşağı nümayiş etdirəcək. Uşaqları podiuma "Sevimli Bala" uşaq kulubunun tərkibində fəaliyyət göstərən Kiddoz Model Agentliyi hazırlayıb.
Tədbirin düzənlənməsində bizim yanımızda olan şirkətlərin dəstəyi ilə baş tutan dəfilə həm də maarifləndirici xarakter daşıyır. Məlumat üçün bildirək ki, aprel ayi Birləşmiş Millətlər Təşkilatı tərəfindən 2007-ci ildən etibarən Ümumdünya Autizm Maarifləndirilməsi ayı kimi qeyd edilir. Bu səbəbdən də tədbir boyu qonaqlarımızın "Autizm nədir?" sualına cavab tapması üçün müxtəlif qısametrajlı filmlər göstəriləcək, autizmi anladan bukletlər paylanacaq. Ətrafındakı insanlardan anlayış, sevgi, qayğı gözləyən bu uşaqların cəmiyyətə inteqrasiyası, sosiallaşması baxımından da tədbirimiz mühüm əhəmiyyət kəsb edir.
Çox maraqlı proqramla təqdim olunacaq moda nümayişində autizmli uşaqların başqa istedadları ilə də tanış olacaqsınız. Onların xor şəklində ifaları isə "biz də cəmiyyətin ayrılmaz parçasıyıq" mesajını verəcək. Tədbirdə əməkdar artist Tünzalə Ağayeva, musiqisi ona, sözləri Murad Arifə məxsus autizmli uşaqlara həsr etdikləri "Fərqliyəm" mahnısını ifa edəcəklər.
Qeyd edək ki, Moda nümayişindən əldə olunan vəsait "Birgə və Sağlam" ictimayi birliyinin reabilitasiya mərkəzinin imkansız ailələrinin autizmli uşaqlarının təhsilinə sərf olunacaq.

Bu xəbər oxundu
- - -