Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Paşinyan kimi siyasi səfehlərin arzuları...

02.05.18, 8:49
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Rus mətbuatı axır ki, gerçəklikləri yazmağa başlayır

Erməni müxalifətinin lideri Nikol Paşinyan baş nazir seçkisi ilə bağlı Ermənistan parlamentindəki müzakirələrdə Qarabağ məsələsində heç bir kompromisə getməyəcəyini deyib. O, Qarabağətrafı 7 rayonu qaytarılmayacağını, Dağlıq Qarabağın danışıqlar prosesində 3-cü tərəf kimi iştirakına çalışacağını bəyan edib.
Politoloq Qabil Hüseynli Paşinyanın Qarabağ mövqeyinə münasibət bildirərkən deyib ki, Paşinyan kimi siyasi səfehlərin arzuları Azərbaycan xalqının iradəsinə dəyib çilik-çilik olacaq.
O vurğulayıb ki, Paşinyanın ordunun xərclərini artıracağı ilə bağlı bəyanatları xülyadır:
“Əgər Ermənistanın iqtisadi imkanları olsaydı, Sərkisyanın dövründə orduya ayrılan xərclərin miqdarını artırar, ordunun təchizatını daha yüksək qurar və yeni silahlar alardı. Ermənistanın büdcəsi, istehsal gücü Paşinyanın xəyallarla süslənmiş arzularını yerinə yetirməyə imkan vermir. Özü də Ermənistan getdikcə iqtisadi baxımdan daha da çökür, çünki Azərbaycan onu bütün layihələrdən təcrid edir. Yəni Paşinyan kimi inqilabi əhval-ruhiyyədə hakimiyyətə gəlmək istəyib belə bəyanatlar verən şəxslər Ermənistanda çox olub. Amma sonda bunların hamısı puç olub gedib”.
Politoloq Paşinyanın xalqların öz müqəddaratını təyin etmək hüququ ilə bağlı bəyanatlarına da münasibət bildirib:
“Dünyada 5500 xalq var. O millət və xalqlardan yalnız 202-i öz müqəddəratını təyin edərək, dövlətini qura bilib. Ermənistan da 1 dəfə Azərbaycanın tarixi torpaqlarında öz müqəddəratını təyin edib və özünə dövlət qurub. Yəni Ermənistan o “xoşbəxt” xalqlardandır. Bir xalqa iki dəfə öz müqəddəratını təyin etmək hüququ verilmir. Ora Azərbaycan torpaqlarıdır, həmin torpaqlarda ikinci erməni dövlətinin yaradılmasına yer-göy dağılsa da, heç kim imkan verməyəcək”.
Politoloq vurğulayıb ki, Dağlıq Qarabağın üçüncü tərəf kimi danışıqlar prosesində iştirakı məsələsi bundan əvvəl də dəfələrlə qaldırılıb:
“Dağlıq Qarabağın iki icması var: erməni və azərbaycanlı. Əgər bu icmaları tərəf kimi danışıqlar prosesinə qatmaq istəsələr, bu barədə düşünmək olar. Ancaq təkcə erməni tərəfinin iştirakı ilə Qarabağı üçüncü tərəf kimi danışıqlar prosesinə qoşmaq mümkün deyil. Erməni icması, əslində, Azərbaycan dövlətçiliyinə qarşı qiyam qaldırmış bir ovuc – ortalama 30-4 minlik quldur dəstədir. İndi bunlar hansı haqla, iddia ilə Azərbaycanın düz mərkəzində guya dövlət qurubmuş kimi danışıqlara qoşulsun?! Bu xülyadır və boş söhbətlərdir. Azərbaycan bu iddiaları hələ 1-2 il əvvəl rədd edib. Bu iddialar heç vaxt gündəmə gələ bilməz”.
Politoloq Arzu Nağıyev isə bildirib ki, üçüncü tərəf məsələsi artıq çoxdan gündəmdədir. Hətta ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona səfəri zamanı təmas xəttində müşahidəçilərin sayını artırması və digər texnikanın buraya gətirilməsi üçüncü tərəfə hazırlıq prosesi idi. Lakin bu baş tutmadı.
O bildirib ki, bu, həm də ATƏT-in Minsk Qrupunun prinsipial olmayan mövqeyindən, deklorativ bəyənatlarından irəli gəlir:
“Çünki ATƏT-in Minsk Qrupunun həmsədrləri dəfələrlə regiona səfər zamanı üçüncü tərəf məsələsi ilə bağlı Ermənistanın prezidenti, baş naziri, müdafiə naziri ilə görüşlər keçiriblər. Bu, müəyyən ssenari üzrədir və bunu artıq Paşinyanın vasitəsi ilə leqallaşdırmağa çalışırlar”.
Politoloq vurğulayıb ki, əgər Paşinyan baş nazir seçilsə belə Dağlıq Qarabağ problemi istiqamətində hər hansı bir yenilik gözlənilməyəcək:
“Əvvəlcədən də məlumdur ki, bütün proseslər idarə olunandır. Eyni zamanda, burada Dağlıq Qarabağ münaqişəsi onlar üçün prioritet istiqamətdir. Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət addım ancaq ona görə atıla bilər ki, Ermənistan hazırda bütün iqtisadi layihələrdən kənardadır. İqtisadi layihələrdə iştirak etmənin isə tək yolu Dağlıq Qarabağ münaqişəsinin həlli və regionda təhlükəsizliyinin qarşısını almaq üçün təhdidlərin aradan qaldırılmasıdır. Paşinyanın Qarabağ məsələsindəki mövqeyi Sərkisyanın mövqeyindən fərqlənmir. Çünki bu məsələdə Paşinyanın öz planı yoxdur. Dağlıq Qarabağ məsələsində heç bir güzəştə getməmək bunların öz köhnə prinsipidir. Çünki bu oyun Qarabağ kartı üzərində qurulub. Dağlıq Qarabağ kartı həmişə oynanılan kartdır. Bütün proseslər də bu istiqamətdə gedir”.
Ermənistanda baş verən məlum hadisələr və Paşinyanın Qarabağla bağlı daxili auditoriyaya verdiyi vədlər nəhayət rus mətbuatının gerçəkləri yazmağa vadar edib.
Rusiyanın “Vestnik Kavkaza” portalı öz məqaləsində qeyd edir ki, Ermənistanda Qarabağ klanı dedikdə erməni qanı tökərək hakimiyyətə gəlmiş səhra gəlmiş səhra komnadirləri başa düşülür.
Məqalədə Qarabağ klanın nə olduğu xüsusi olaraq müəyyən edilir: “Bir sıra ekspertlərin fikrincə, bu, Dağlıq Qarabağdan olan erməni separatçılarının qanunsuz silahlı birləşmələrinin səhra komandirlərinin hərbi xuntasıdır”.
Məqalədə bildirilir ki, Qarabağ klanı 1999-cu ilin oktyabr ayında parlamentdə öz siyasi opponetlərini qıraraq hakiiyyətə gəlib. Onda parlamentə soxulmuş terrorçular Qarabağ klanına müxalif olan səkkiz siyasətçini öldürdülər. Həmin terror hadisəsindən sonra şəhərdə söhbətlər gəzməyə başladı ki, terror qruplaşmasına Ermənistanı o vaxtkı prezidenti Robert Koçaryan başçılıq edir. Onun ünvanına terrorda əli olması ilə bağlı açıq ittihamlar səsləndirildi.
İndi Qarabağ klanı iyirmi ildən artıq hakimiyyətdə qalıb və tamamilə xalqın etibarına itirib. İndi onlar müharibəni təzə udmuş səhra komnadirləri deyil, korrupsiyaya bulaşmış yaşlı, qoca, yorğun bürokratlardır”,- deyə məqalədə vurğulanır.
Müəllifin yazdığına görə, Qarabağ klanı Ermənistan əhalisinin çoxu üçün korrupsiya rəmzidir. İrəvanda dərc olunan "Bizim versiya" qəzeti yazır ki, hələ prezident Robert Koçaryanın vaxtında prezident administrasiyasının başçıısı Serj Sarkisyanın qardaşı, deputat Saşik Sarkisyan bunu etiraf edib.
Saşik Sarkisyan müxtəlif sahələrdə marağı olan mafioz oliqarxdır. O, erməni qanuni oğru Armen Kazaryanla birlikdə çirkli pulların yuyulması və narkotrafiklə məşğul olub. Daha sonra o, digər oliqarx Qaqik Sarukyanla qazdoldurma şəbəkəsinə nəzarət edib. Sonra Saşik Qaqiki öldürməyi sifariş edib, lakin ona Robert Koçaryan mane olub və onları barışdırıb.
Həmin Saşik Sarkisyan 1999-cu ildə baş vermiş hadislər barədə məşhur ifadənin müəllifidir: "Biz parlamentdə o qədər adamı öldürmədik ki, bu gün hakimiyyəti sakitliklə başqalarına verək". Sonra isə bu dediklərinə özü şərh verib: "Mən eşşək deyiləm ki, belə söz deyəm… Biz niyə Robun (Robert Koçarayanın, -red.) günahlarını öz üzərimizə götürməliyik?“
Qarabağ klanının maliyyəçisi Samvel Karapetyandır, O. Rusiyanın varlı adamlarından biridir və Ermənistan iqtisadiyyatına 2 milyardan artıq sərmayə yatırmağa hazır olduğunu bildirmişdi. Bununla bağlı hətta baş nazir əvəzi Karen Karapetyanla da görüşmüşdü. Amma belə deyirlər ki, İrəvanda etiraz mitinqləri başlayan kimi o fikrini dəyişib.
“Arqumentı nedeli” isə Bakının Qarabağı qaytarmaq şansının kəskin şəkildə artırdığını yazıb.
WorldMedia Rusiya mediasına istinadən yazır ki, Ermənistanda vəziyyət hakimiyyətin nəzarətindən çıxıb. Artıq bir müddətdir davam edən qarışıqlıq təkcə Yerevanı deyil, bütün ölkəni bürüyüb. Etiraz edənlər parlamentin seçdiyi baş nazir Serj Sarqsyanın istefasına nail olub. Dekabrın 23-də isə narazı kütləyə yüzlərlə erməni hərbçi də qoşulub ki, bu da analitiklərin fikrincə, ölkənin parçalanması təhlükəsi yaradır. Ən vacibi isə, yaşananlar Azərbaycana Dağlıq Qarabağı qaytarmaq üçün böyük şans verir.
Xatırladaq ki, SSRİ zamanında Azərbaycanın tərkibində olmuş Dağlıq Qarabağ özünün müstəqilliyini bəyan etsə də, əslində 1994-cü ilin may ayında başa çatmış qanlı müharibə nəticəsində Ermənistana birləşdirilib. O zaman Bakıda siyasi anarxiya hökm sürür, ölkədə hakimiyyət əldən-ələ keçirdi. Belə bir vəziyyətdə ermənilər birlik nümaiş etdirərək, Rusiyanın da ciddi köməyilə qələbə qazanmışdı.
İndi isə vəziyyət tam tərsinədir. Bu yaxınlarda Azərbaycanda prezident seçkisi keçirilib və İlham Əliyev şəksiz qələbə qazanıb. Bəzi daxili ziddiyyətlərə baxmayaraq, Azərbaycan vahid orqanizm kimi görünür. Üstəlik, son onilliklər ərzində Bakı öz ordusunu çox gücləndirib, Rusiya, İsrail və digər dövlətlərdən yüzlərlə və minlərlə ən yaxşı hərbi texnika alınıb.
Ermənistanın isə tam parçalandığını görürük. Hətta ölkənin ordusunda belə, birlik yoxdur. Yaşananları ölkənin Müdafiə Nazirliyi də etiraf edib. Qutum hərbçilərin mitinqdə iştirakını pisləyib. Hakimiyyət uğrunda mübarizə bir az da uzanarsa, ordu özünün müdafiə qabiliyyətini sadəcə, itirə bilər. Hərbi ekspertlərin fikrincə, bu günün özündə də Dağlıq Qarabağ separatçıları Azərbaycan ordusunun qarşısında yalnız Rusiyanın köməyilə davam gətirə bilər. Bu köməyin olub-olmayacağı isə sual altındadır.
Məsələ ondadır ki, etirazçıların qələbəsindən sonra Ermənistanda Qərbə meylli müxalifət hakimiyyətə gələ bilər. 2014-cü ildə Ukraynada da məhz belə olmuşdu. Nəticədə Ukrayna Krımı və Donbası itirdi. Odur ki, indiki vəziyyətdə Moskva çətin ki, Yerevanın yeni hakimiyyətinə kömək etmək istəsin. Belə olarsa, yəqin ki, hər şey əksinə olacaq – Bakının indiki xarici siyasəti Rusiya üçün daha cəlbedici görünür. Ekspertlər bütün bunlardan irəli gələrək, hesab edirlər ki, mövcud vəziyyət Dağlıq Qarabağı geri qaytarmaq istəyən Azərbaycan üçün əlverişlidir.
Cavid

Bu xəbər oxundu
- - -