Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Qəbələ” və “Qarabağ”ın Avropa savaşı

02.05.18, 13:24
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azərbaycanın avrokuboklardakı daha bir təmsilçisinin adı mayın 3-də müəyyənləşəcək. Çempionlar Liqasına vəsiqə qazanan “Qarabağ”ın ardından ölkəmizi UEFA Gənclər Liqasında təmsil edəcək komanda da bilinəcək. Buna Gənclər Liqasının son turunda aydınlıq gələcək. Avrokuboka yollanacaq çempion XXVII turda bəlli olacaq. Son tur öncəsi çempionatın liderləri “Qəbələ” və “Qarabağ” eyni xala malikdi. Hesabında 59 xal olan komandalar son oyun günündə üz-üzə gələcək. Məhz liderlərin əyani dueli Avropa savaşı hesab olunur.

Əslində, bu gün baş tutmalı olan “Qəbələ” – “Qarabağ” qarşılaşması əyalət təmsilçisinin meydanında keçirilməliydi. Lakin matçın əhəmiyyəti və televiziya ilə canlı yayımı üzündən görüş sabaha keçirilib. Həm də “Qəbələ” rəqibini doğma meydanda deyil, Sumqayıtda qəbul edəcək.
“Qırmızı-qaralar”a bu görüşdə heç-heçə də sərf edir. Çünki Famil Xəlilovun yetirmələri ilk iki dövrədəki şəxsi oyunlarda üstünlüyə malikdi – 1:0, 2:2. Rəşad Sadıqovun baş məşqçisi olduğu “Qarabağ” isə mütləq qalib gəlməlidi ki, ardıcıl 2-ci çempionluğu qazansın. Əslində, Ağdam klubu çempion olmasa da, avrokuboklara yollana bilər. Amma bunun üçün klubun əsas komandası Çempionlar Liqasında qrupa düşməlidi. Qurban Qurbanovun yetirmələrindən asılı vəziyyətə düşməmək üçün U-19 özü çempion olmalıdı.
Qeyd edək ki, Gənclər Liqasının qalibi qitə miqyaslı turnirin Çempionlar yolunda oynayacaqsa, əsas komandası qrupa düşən klubun U-19-u Çempionlar Liqası yolunda mübarizə aparacaq. Azərbaycanın turnirdə 2 komanda ilə təmsil olunması da mümkündü. Bunun üçün “Qəbələ” çempion olmalı, “Qarabağ” isə əsas komandası sayəsində qrupa qatılmalıdı. Əgər “Qarabağ” həm çempion olarsa, həm də əsas komandası qrupa düşərsə, Azərbaycan Çempionlar yolunda təmsil olunmayacaq. Çünki bu yolda yalnız UEFA-ya üzv olan ən güclü 32 assosiasiyanın çempionları mübarizə apara bilər. Əgər çempionun əsas komandası Çempionlar Liqasında qrupa düşübsə, UEFA reytinqindəki növbəti pillələrə şans yaranacaq.

Bu xəbər oxundu
- - -



___

Tehrandan Bakıya dil uzadanlar – Azərbaycandan düşmən yaratmaq onların nəyinə lazımdır?(ardı...)