Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Moskva İrəvanı hədələyib

03.05.18, 9:19
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Kremlin istifadə edəcəyi əsas kart Qarabağla bağlıdır

Ermənistan parlamentində keçirilən baş nazir seçkisində nəticə alınmamasının əsas səbəbkarı Rusiyadır.
Bu barədə İrəvanda dərc olunan “Lragir” portalı parlament iclasının təfərrüatlarına həsr etdiyi məqaləsində bildirib.
Müəllif Naira Ayrumyan “Moskva - Respublika Partiyasının son ümidirdir?” başlıqlı məqaləsində qeyd edib ki, Rusiya baş nazir seçkilərini küçədə yox, parlamentdə keçirməyə çağırdı:
“Konstantin Zatulin hətta bəyan etdi ki, əgər baş nazir parlamentdə seçilməzsə Rusiya de-yure Ermənistanla münasibətləri dayandıracaq. Rusiya elə etdi ki, qərar qəbul etmək hüququ yalnız bir dəstə yoldan keçən respublikaçının əlində qaldı”.
Rusiyanın Ermənistanla dey-yuro münasibətləri dayandırması İrəvanın Qarabağ uğurunda Azərbaycanla müharibədə tək qalması demək olardı. Sirr deyil ki, Ermənistan bu 25 ildə Azərbaycan ərazilərini məhz Rusiyaya güvənərək işğal altında saxlayır. Rusiyanın Qarabağdakı erməni hərbi hissələrinə gizli yardımı da var ki, 2016-cı ilin aprel döyüşlərində rus telekanalları nə qədər ehtiyatlı davransalar da Ermənistan tərəfdən sarışın slavyan döyüşçülərin vuruşduğunu gizlədə bilmirdilər.
Amma Rusiyanın Ermənistana açıq dəstəyi bundan qat-qat güclüdur, faktiki olaraq Rusiya Ermənistan ərazisini öz himayəsinə götürüb və Azərbaycan müharibəni Ermənistan ərazisinə keçirərsə, KTMT çərçivəsində Ermənistan tərəfindən miüharibəyə girəcəyini bildirir. Rusiya həm də Ermənistan sərhədlərini öz əsgərləri ilə qorumaqla Ermənistanın bütün hərbi gücünü Azərbaycanın işğal edilmiş ərazilərinə yollamasına şərait yaradır.
Yəni Ermənistanla Rusiya arasında de-yure əlaqələr kəsilərsə, heç bir hərbi rəhbər özbaşına Erməniistana bu yardımı edə bilməyəcək. İrəvanın şimal və cənub tərəflərdən 100 kilometrliyində Azərbaycan ordusunun dayandığı nəzərə alınarsa, bu, Ermənistanın qısa müddətdə məğlub olacağı anlamına gəlir. Belə olan şəraitdə Ermənistan nəinki işğal etdiyi Qarabağı, hətta tarixi Zəngəzur, Göyçə və Dərələyəz mahalllarını, həmçinin İrəvan şəhərini və ətrafını Azərbaycanın nəzarətinə verməli olacaq.
Bu isə Qarabağda döyüşmüş keçmiş hərbçilərin maraqlarının müdafiəsi üstündə qurulmuş hakim Respublika Partiyasının tam iflası demək olardı. Bu partiya “tutulan bir metr torpağı da vermərik” şüarı üstünlə qurulub. Ola bilər ki, etiraz nümayişlərinə rəhbərlik edən Nikol Paşinyan və tərəfdarları üçün Qarabağın Ermənistanın nəzarətində olması elə də ciddi önəm kəsb eləmir. Bunu erməni jurnalistlər də qeyd edirlər. Məsələn, erməni jurnalist Mamikon Babayan “Vestnik Kavkaza” üçün İrəvanda son günlərlə baş verən hadisələrlə bağlı yazdığı məqaləsində bildirir: “Mitinq və nümayişlər zamanı Paşinyan bir kəlmə də Qarabağdakı vəziyyət barədə danışmadı ki, bu da Ermənistanla Azərbaycan arasında gərgin danışıq prosesi baxımından birmənalı qarşılanmır”.
Bu cür yanaşma Rusiyanın da Paşinyanla bağlı şübhələrinə səbəb verirdi hər halda. Düzdür, sonradan Paşinyan Rusiya ilə probleminin olmaycağını, Ermənistanın KTMT-də və Avrasiya İttifaqında qalacağına vəd verməyə başladı. Amma böyük ehtimalla, bu, imicmeykerlərin mitinqlərə daha çox adam yığmaq üçün elədiyi düzəliş ola bilərdi. Hər halda, Nikol Paşiyanın rəhbərlik etdiyi “Çıxış” partiyasının əsas hədəfi Ermənistanı Rusiyanın alyanslarından çıxarmaqdır.
Yəni Paşinyan hakimiyyətə gələrsə, Ermənistanın gələcək inkişafını, miqrasiyanı dayandırmağı nəzərə alaraq, kənar qüvvələri vecinə almadan Azərbaycanla barışa bilər ki, bu da Ermənistanın və Azərbaycanın birlikdə Rusiya əsarətindən birdəfəlik xilas olması demək olardı. Təbii ki, Moskva postsovet məkanının iki respublikasının və bunun ardınca bütün Cənubi Qafqazın öz nəzarətindən çıxmasına razı ola bilməzdi.
Buna görə də Rusiya İrəvanla sərt danışdı və demək olar ki, məqsədinə nail oldu. Parlamentdə növbəti baş nazir seçkisi mayın 8-ə təyin edilib. Həmin tarixə kimi etiraz mitinqləri səngiyərsə, hakim Respublika Partiyası Paşinyanın yox, Serc Sarkisyanı əvəz edə biləcək birinin, məsələn keçmiş prezident Robert Koçaryanın baş nazir seçilməsinə nail olacaq. Əgər etiraz mitinqləri səngiməzsə, həmin tarixdə də baş nazir seçilməyəcək. Ermənistan təkrar seçkilərə gedəcək. Bu arada etiraz mitinqləri də səngiyəcək. Rıçaqları əlində saxlayan hakim partiya bu dəfə Nikol Paşinyanı parlamentə buraxmayacaq, əgər o, etiraz mitinqi təşkil edəcəksə, onu da əvvəlki praktika ilə dağıdacaq.
Ermənistan KİV daha sonra yazır ki, Rusiya Ermənistana hərbi müdaxilə etməyə hazırlaşır.
Erməni mənbələrinin iddialarına görə, bu ölkədə anti-hakimiyyət nümayişlərinin qarşısını almaq istəyən Rusiyanın yüksək dairələrində bununla bağlı yekun qərar verilib.
Mənbələr müzakirələrdə keçmiş prezident Serj Sərkisyan və Dağlıq Qarabağdakı separatçıların lideri Bako Saakyanın da iştirakçı olduğunu bildirir. Etirazçılar və hakimiyyət arasında neytral mövqedə qalmış hazırkı prezident Armen Sərkisyanın da təzyiq və təhdidlər vasitəsilə plana daxil edildiyi ehtimallar arasındadır.
Qeyd edilir ki, söhbət Rusiyanın açıq hərbi müdaxiləsindən getmir.
Etiraz aksiyalarının qarşısını almaq istəyən Rusiya bu məqsədlə Gümrüdə yerləşən 102-ci hərbi bazadakı Silahlı Qüvvələrin xidmətindən istifadə edə bilər. Erməni KİV-in iddiasına görə, Rusiyaya məxsus Silahlı Qüvvələr Ermənistan silahlı birləşmələri adı altında etirazları yatırmağa cəhd edəcək. Bu baxımdan son günlər Gümrüdəki bazada başlayan hazırlıq işlərindən söhbət açılması təsadüfi hesab edilmir.
Rusiyanın hərbi müdaxilə ehtimalını gündəmə gətirən mənbələr Kremlin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sensasion sayılacaq “böyük dəyişiklik”lərdən də bəhs edirlər. Ehtimal edilir ki, Rusiya öz maraqlarına xidmət edən siyasi qüvvələri yenidən hakimiyyət kürsüsünə qaytarmaq üçün nümayişlərin qarşısını sakitliklə də ala bilər ki, burada Kremlin istifadə edəcəyi əsas kart Qarabağla bağlıdır.
Mitinq təşkilatçılarını Qarabağı Azərbaycana qaytarmaqla hədələyən Rusiyanın hakimiyyət dairələri bu xəbərdarlıqlarının işə yaramadığını gördükdə hərbi müdaxilə variantını nəzərdən keçirməyə başlayıb.
"Politrus" analitik portalının direktoru Vitali Arıkov isə əvvəlcə böyük ehtimalla, İlham Əliyevin yenidən prezident seçildikdən sonra üçüncü rəsmi səfəri Rusiyaya olacağını bildirib.
Onun sözlərinə görə, bu səfər Moskvaya olmasa da, Soçiyə təşkil edilə bilər. Burada isə ola bilsin Rusiya prezidenti Vladimir Putin İlham Əliyevlə Ermənistanın yeni baş naziri arasında danışıqların vasitəçisi rolunda çıxış edəcək.
Türkiyə ilə Azərbaycanın sıx əlaqələrindən danışan ekspert qeyd edib ki, Türkiyə Azərbaycanın əsas tərəfdaşları arasında mühüm yerə malikdir. Türkiyənin dəstəyi olmadan Azərbaycan hazırda müşahidə etdiyimiz zirvələrə çata bilməzdi. Bu, danılmaz faktdır.
Onun sözlərinə görə, Moskva və İran, eləcə də Qərbə tabe olmaq istəməyən Ankara ilə sıx münasibətlərinə görə Bakı son aylarda Avropa İttifaqı və ABŞ tərəfindən təzyiqləri öz üzərində hiss edir.
Ekspert qeyd edib ki, bu qüvvələr Azərbaycanda demokratiyanın pozulduğunu, bu yaxınlarda keçirilən prezident seçkilərində qanun pozuntularına yol verildiyini iddia edirlər. Lakin bu, Qərb "tərəfdaşları"nın Bakını bütün xarici siyasətini Vaşinqtonla razılaşdırmağa məcbur etmək üçün əl atdığı şantajından başqa bir şey deyil. Burada isə xüsusilə, İran və Rusiyaya qarşı sanksiyalara qoşulmaqdan söhbət gedir.
Arıkovun sözlərinə görə, nəzərə alınmalı mühüm məqam Dağlıq Qarabağ münaqişəsidir. Belə ki, bir sıra ekspertlərin fikrincə indi münaqişənin müharibə yolu ilə həll edilməsi üçün kifayət qədər uğurlu zamandır. Ermənistanda ciddi siyasi böhran hiss olunur. Digər tərəfdən isə, Bakını bu addımdan Moskva çəkindirməyə çalışır. Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinin qəfil Bakı səfəri də bununla bağlıdır.
Analitikin fikrincə, Kreml açıq şəkildə göstərir ki, yaranmış vəziyyətdə Ermənistanın baş naziri postunda Karen Karapetyanı görmək istəyir. Politoloq, həmçinin, əlavə edib ki, Ermənistanda hazırki siyasi vəziyyətin fonunda Azərbaycanın danışıqlar aparması mənasız olar. Masa arxasında bütün hakimiyyəti əlində cəmləyən adamla əyləşmək lazımdır. Odur ki, Ermənistanın yeni prezidenti Armen Sarkisyanın danışıqlarda bitərəf olaraq oturması önəm daşımır.
Ekspert qeyd edib ki, əgər Paşinyan özünü de-fakto ölkənin birinci siması elan etsə, münaqişə zonasında hərbi əməliyyatların başlanması istisna edilmir. Lakin bu halda Azərbaycanın təşəbbüs göstərəcəyini də demək olmaz. Azərbaycandan artıq bəzi siyasətçilər Bakının belə qarışıq vəziyyətdə bu addımı atmayacağına dair fikirlər səsləndiriblər.
Cavid

Bu xəbər oxundu
- - -



___

Tehrandan Bakıya dil uzadanlar – Azərbaycandan düşmən yaratmaq onların nəyinə lazımdır?(ardı...)