Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Futbol üzrə Dünya Çempionatının kuboku Novosibirskə gətirilib

04.05.18, 12:42
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Tolmaçevo aeroportunun (Novosibirsk) mətbuat xidmətindən verilən məlumata görə, Futbol üzrə Dünya Çempionatının qızıl kuboku cümə günü Novosibirskə gətirilib. 2018-ci ildə bu kubokun Rusiya boyunca marşrutunda Novosibirsk Vladivostokdan sonra ikinci dayanacaq olacaq. Kubokun marşrutunda növbəti dayanacaqlar Yekaterinburq, Samara, Kazan, Nijni Novqorod, Rostov-Don, Sankt-Peterburq və Moskva şəhərləri olacaq. Məlumatda deyilir: “Bu gün Tolmaçevo aeroportu futbol üzrə Dünya Çempionatı kubokunu Novosibirskə çatdırmış təyyarəni qəbul edib.
Xalis qızıldan hazırlanmış, kütləsi 6,142 kq olan kubok mayın 5-də və 6-da Novosibirskdəki Mixaylovskaya sahil küçəsində nümayiş etdiriləcək. Novosibirsk meriyası bildirir: “Arzu edən hər kəs bu əfsanəvi kuboku öz gözləri ilə görə və onunla yanaşı xatirə fotoşəkli çəkdirə bilər. Buraya gələnlərin əyləncəli proqramda iştirak etmək və futbol dünyasında ən geniş əhatəli hadisənin intizarla gözləndiyi bayram ab-havasını hiss etmək imkanı da olacaq”.
Dünya kubokunun ilk belə “səyahəti” 2016-cı ildə Almaniyada keçirilən dünya çempionatı ərəfəsində baş tutub. Bu il kubok 50 ölkəni gəzəcək, lakin Rusiyada daha çox dayanacaq edəcək”. 123 gün ərzində kubok 26 min məsafə qət edəcək, Vladivostokdan Kalininqrada qədər Rusiyanın 24 şəhərində olacaq. Turun milli hissəsi iki mərhələyə bölünüb. 2017-ci ildə kubok 15 şəhərdə olub, bu il isə may ayından turnirə start verilənə qədər daha doqquz şəhərdə olacaq və sonda Moskvada dayanacaq.

Bu xəbər oxundu
- - -