Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Xəzər düyünü Astanada çözüləcək

10.05.18, 14:04
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Xəzərin hüquqi statusu ilə bağlı sammitdən əvvəl işçi qrupu səviyyəsində görüş planlaşdırılır. Görüşün mayın 20-dən sonra Astanada keçirilməsi nəzərdə tutulub".
Bunu xarici işlər nazirinin müavini, işçi qrupunun üzvü Xələf Xələfov deyib.
Xələf Xələfovun sözlərinə görə, prinsipcə Xəzərin stutusu ilə bağlı məsələlərin müzakirəsi başa çatıb: "Ola bilsin bəzi texniki məsələlər ortaya çıxsın, razılaşdırılmalı olsun. Yəqin ki, sammitdən bir gün əvvəl nazirlərin konfransı da olacaq. Ümidvarıq ki, bu il payızın əvvəllərində sammit baş tutacaq. Bütün ölkələrlə danışıqlar aparılır. Tarix tam təsdiqlənəndən sonra ictimaiyyətə məlumat veriləcək. Təkliflərlə bağlı razılaşma əldə olunandan sonra qərar açıqlacaq. Sammit çərçivəsində Yekun bəyannamənin və bəzi sahəvi əməkdaşlıq sazişlərin imzalanması gözlənilir".
Xələf Xələfov deyib ki, Bakı və Aşqabad arasında gündəlikdə olan əsas məsələ Xəzər dənizinin Türkmənistan və Azərbaycan sektorlarının delimitasiyasıdır.
O qeyd edib ki, iki ölkə nümayəndələri arasında son görüş 2-3 ay əvvəl Bakıda keçirilib: "Növbəti görüşün payıza qədər Türkmənistanda baş tutması gözlənilir. Düşünürəm ki, bu məsələnin razılaşdırılmasına çox yaxınıq".
Xatırladaq ki, Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin Xəzərin hüquqi statusu ilə bağlı ekspertlər səviyyəsində çox intensiv iş apardığını bildirib: “Biz istərdik ki, Astanada bu ilin avqust ayına planlaşdırılmış Xəzəryanı dövlət başçılarının sammiti Xəzərin hüquqi statusu ilə bağlı öz nəticəsini versin".
Nazir müavini qeyd edib ki, Astanada Xəzərin hüquqi statusu haqda konvensiya imzalana bilər.
O vurğulayıb ki, Xəzərin hüquqi statusu ilə bağlı konvensiyanın imzalanması regionda stabilliyə xidmət edəcək.

Bu xəbər oxundu
- - -