Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Qızıl buts” kimin olacaq?

14.05.18, 12:30
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

2017-18 mövsümündə “Qızıl buts” mükafatını qazanacaq futbolçunun adına böyük ölçüdə aydınlıq gəlib. “Barselona”nın lideri Lionel Messi bu mükafata çox yaxındı. “Tanqoçu” La Liqanın XXXVII turunda “Levante” ilə qarşılaşmanı buraxmasına baxmayaraq, rəqibləri ona çata bilməyiblər. Belə ki, İngiltərə Premyer Liqasının son turunda bir dəfə fərqlənən Məhəmməd Salah mövsümü 32 qolla tamamlayıb.
Növbəti sıralarda qərarlaşan Robert Levandovski və Harri Keynin də iştirak etdiyi çempionat başa çatıb. Çiro İmmobile isə zədə ucbatından mövsümü erkən bitirib. Messi kimi, Edinson Kavani, Mauro İkardi, Kriştianu Ronaldo və Luis Suaresin də ehtiyatında 1 oyun var. Lakin onların Leoya çatmaları qeyri-mümkün görünür. Belə ki, argentinalının son turda fərqlənməməsi ilə yanaşı, Kavani və İkardi 6, Ronaldo ilə Suares isə 9 top vurmalıdı ki, ona çata bilsinlər.
Bunun reallaşması möcüzəyə bərabər sayıldığından, Messinin karyerası ərzində 5-ci dəfə “Qızıl buts”u qazanacağını indidən söyləmək olar. 2009–10 (34 qol), 2011–12 (50), 2012–13 (46) və 2016–17 (37) mövsümlərində də titula yiyələnən 31 yaşlı superulduz 4 dəfə “Qızıl buts” qazanan Kriştianu Ronaldonu geridə qoyaraq, bu baxımdan yeni rekorda imza atacaq.

Bu xəbər oxundu
- - -