Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

DÇ-2018: İran yığmasında 17 legioner

14.05.18, 12:31
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

İran millisinin dünya çempionatı üçün ilk heyəti açıqlanıb. Baş məşqçi Karlos Keyruş 35 oyunçuya dəvət göndərib. Dəvətlilərdən 17-si legioner həyatı yaşayır. Qarşıdakı yoldaşlıq görüşlərindən sonra 12 nəfər siyahıdan çıxarılacaq və Rusiyadakı mundiala yollanacaq “23-lük” müəyyənləşəcək.
Qapıçılar: Alireza Beiranvand (“Persepolis”), Hosseyn Hosseyni (“İstiqlal”), Raşid Mazaxeri (“Zob Ahan”), Amir Abedzadə (“Maritimu”, Portuqaliya)
Müdafiəçilər: Ramin Rezayan (“Ostende”, Belçika), Vuriya Qafuri, Pedjman Montazeri, Macid Hosseyni, Omid Norafkan, Ruzbex Çeşmi (hamısı “İstiqlal”), Stiven Beytaşur (“Los-Anceles”, ABŞ), Calal Hosseyni, Mohammad Ansari (hər ikisi “Persepolis”), Mohammad Reza Xanzadə (“Padidex”), Morteza Puraliqanji (“Əl-Sədd”, Qətər), Milad Mohammadi (“Axmat”, Rusiya), Səid Ağayi (“Sepahan”)
Yarımmüdafiəçilər: Səid Ezatolahi (“Amkar”, Rusiya), Məsud Şocai (AEK, Yunanıstan), Əhməd Abdullazadə (“Fulad”), Saman Qoddos (“Ostersun”, İsveç), Mehdi Torabi, Əli Qolizadə (hər ikisi “Saypa”), Aşkan Dejaqa (“Nottingem Forest”, İngiltərə), Omid Ebrahimi (“İstiqlal”), Ehsan Haysafi (“Olimpiakos”, Yunanıstan), Əli Kərimi (“Sepahan”), Soruş Rafey (“Əl-Xor”, Qətər), Vahid Əmiri (“Persepolis”)
Hücumçular: Alireza Cahanbaxş (“Alkmar”, Hollandiya), Kərim Ansarifard (“Olimpiakos”, Yunanıstan), Mehdi Taremi (“Əl-Qarafa”, Qətər), Sərdar Azmun (“Rubin”, Rusiya), Reza Qoçannejad (“Herenven”, Hollandiya), Kaveh Rezai (“Şarlerua”, Belçika). Qeyd edək ki, İran yığması dünya çempionatında İspaniya, Portuqaliya və Mərakeşlə bir qrupda yer alır.

Bu xəbər oxundu
- - -



___

Tehrandan Bakıya dil uzadanlar – Azərbaycandan düşmən yaratmaq onların nəyinə lazımdır?(ardı...)