Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Hifume Abe: “Bakıda bütün döyüşlərdə ippon fəndi ilə qalib gəlmək istəyirəm”

15.05.18, 11:32
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Sentyabrın 20-dən 27-dək Bakıda cüdo üzrə dünya çempionatı keçiriləcək. 66 kq çəki dərəcəsində bu yarışların əsas favoritlərindən biri yaponiyalı Hifume Abe olacaq. Keçən il Budapeştdə mundialı parlaq qələbə ilə başa vurmuş bu idmançı Azərbaycan paytaxtına öz titulunu qorumaq üçün gələcək. Abe yapon KİV-lərinə verdiyi müsahibədə Bakıya qarşıdakı səfəri ilə bağlı ümidlərini paylaşıb.
- Yəqin ki, Bakıda əsas məqsədiniz dalbadal ikinci dəfə çempion olmaqdır?
-Mən sadəcə qalib gəlmək yox, bütün rəqiblərimi ippon fəndi ilə üstələmək istəyirəm. Keçən il Budapeştdə bunu edə bilmədim, buna görə Azərbaycanda keçiriləcək mundial məndən ötrü həm yenidən birinci olmaq, həm də qızıl medala gedən yolda bütün rəqiblərim üzərində təmiz qələbəni bayram etmək üçün bir fürsətdir. Buna ümidim çoxdur.
-Siz keçən mövsümdə göstərdiyiniz yüksək nəticələr sayəsində bu heyətə düşmüşünüz. Yığma komandada sizin bəzi tərəfdaşlarınız Yaponiya çempionatı vasitəsilə seçim keçdiyi vaxtda siz yalnız Bakı yarışlarına hazırlıq ilə məşğul ola bilmişiniz...
-Bizim Federasiyanın əsasnaməsinə uyğun olaraq dünya çempionatında və Tokioda keçirilən “Böyük dəbilqə” yarışlarında qalib gəlmiş idmançı avtomatik olaraq növbəti çempionata vəsiqə alır. Mən və Naoxisa Takato (60 kq) hər iki startda birinci yerləri tutduğumuza görə müəyyən imtiyazlar qazanmışıq. Lakin indi hər şey təzədən başlanır, sən hamıdan yaxşı olmağını yenidən sübut etməlisən. Bu il Yekaterinburqda “Böyük dəbilqə” yarışlarında iştirak etdim, orada qalib gəldim və indi mənim fikrim-zikrim Bakı ilə bağlıdır. Mundiala o qədər də çox vaxt qalmayıb.
-Ənənəyə görə, yapon cüdoçuları demək olar ki, bütün çəki dərəcələrində qızıl medala əsas favoritlərdir. Bu məsuliyyətin öhdəsindən necə gəlirsiniz?
-Dediyiniz məsuliyyət həmişə yarışlarla bağlı olur. Hər bir start özünə görə həyəcan doğurur, buna görə yeganə çarə bu həyəcanı öz xeyrinə yönəltmək, heç nəyə məhəl qoymadan uğur qazanmaqdır.
-Cüdoda ən çox nəyi xoşlayırsınız və nə səbəbə görə?
-İppon fəndi ilə qalib gələndə sevinc anını. Bu an mənim gündəlik məşqlərimin və səylərimin nəticəsini əks etdirir. Xalis qələbə qazanılan anı sözlə təsvir etmək çətindir. Ümidvaram ki, Bakıda bu anları yaşayacağam.
-Bu yaxınlarda siz üçqat Olimpiya çempionu Tadahira Nomuranın yaratdığı şirkətlə kontrakt imzalamısınız. Siz onu üstələmək istəyirsiniz?
-Sadəcə, Tokioda ən yaxşı nəticə göstərmək üçün yay olimpiya oyunları barədə hər şeyi bilən insanla işləmək istəyirəm. Bundan əlavə, mənim məqsədim növbəti dörd olimpiadada qalib gələrək Nomuranı üstələməkdir. Amma bu, gələcəyin işidir, indi isə mən Bakıda keçiriləcək dünya çempionatına hazırlaşıram.

Bu xəbər oxundu
- - -