Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“İnsan cinayət törədibsə, cəzasını çəkməlidir”

17.05.18, 10:06
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Prezident yanında Əfv Komissiyasının iclasları davam edir, mindən çox müraciətə baxılıb. Minlərlə məhkum və ya onların ailə üzvləri, qohumları müraciət edərək ölkə başçısından əfv xahiş edirlər. Yaxın vaxtlarda ölkə prezidenti humanist qərarını verərək əfv sərəncamı imzalayacaq.
Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Məlahət İbrahimqızı belə deyib.
Onun sözlərinə görə, uzun illərdir Azərbaycanda bu cür humanist dövlət siyasəti həyata keçirilir: “Heydər Əliyevin zamanında komissiya yaradılıb və bu günədək yüzlərlə əfv sərəncamı imzalanıb. İnsan üçün ən şirin şey onun azadlığıdır.
Ulu öndərimizin 95 illik yubileyi keçirildi, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi tamam olur, belə tarixi hadisələr ərəfəsində çoxlu sayda məhkuma azadlığın bəxş edilməsi, prezident tərəfindən humanizmin şamil olunması çox yüksək qiymətləndirilməlidir. Hansısa səbəbdən cinayət törədən və peşmanlıq hissi keçirən insanlar sevinəcəklər”.
Məlahət İbrahimqızı deyib ki, əfv qərarı o qədər də asan deyil: “Məqsəd təkcə məhkuma humanizm göstərməklə bitmir, həm də onlar islah olmalı, cəmiyyətə yenidən inteqrasiya etməlidirlər. Əfvdə əsas prinsip budur ki, məhkum öz cinayət əməlini etiraf edir, peşmançılıq hissi keçirir, verilən cəzanın müəyyən hissəsi çəkilmiş olur, zərərçəkmişin zərəri ödənilir, müraciət edərək əfv olunmağı xahiş edir”.
Millət vəkilinin sözlərinə görə, komissiyaya müraciət edən hər kəsə müsbət cavab verilə bilməz: “Hər məhkum müraciət edib desə ki, cinayət törətmişəm, məni əfv edin, bu, mümkün olan şey deyil. O zaman cəmiyyətdə cəzasızlıq mühiti olar. İnsan cinayət törədibsə, cəzasını çəkməlidir. Əgər törətdiyi cinayəti dərk edir, əməlindən peşmandır, zərərçəkmişin zərəri ödənibsə, onda müraciətinə müsbət baxılar.
Bəzən 1 il qabaq adam öldürən cinayətkar müraciət edir ki, məni əfv edin. Bu, mümkün deyil. Əfv Komissiyasının əsasnaməsi var və buna riayət olunur. Elə hallar olur ki, zərərçəkən narazı qalır. Cinayət törədib 1-2 il sonra prezidentə müraciət edib əfv olunmağı istəmək olmaz. Bu, cəmiyyətdə xaos yaradar”.

Bu xəbər oxundu
- - -