Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Ər-Riyad üçün İranın İraqda zəifləməsi əsas hədəfdir”

21.05.18, 9:20
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Müqtəda əs-Sədrin İrandan imtina edəcəyi inandırıcı görünmür.
Bu sözləri “Gazeta.ru” saytına açıqlamasında rusiyalı politoloq Sergey Demidenko deyib.
“Sədr rəsmən bəyan edib ki, İŞİD-lə mübarizə üçün ABŞ-ın İraqdakı hərbi mövcudluğu ilə barışacaq. Onun fikrincə, İraqın suverenliyinə zərər vurmayana qədər ABŞ hərbçiləri heç bir problem yaratmırlar. Hazırda Sədr üçün ən məntiqli variant birbaşa Tehrandan idarə olunan Fətah hərəkatı ilə koalisiya yaratmaqdır. Lakin Əs-Sədr artıq iranyönlü partiyalarla koalisiya yaratmayacağını deyib. Sədrin İranla münasibətlərdən belə qəfil imtinası kifayət qədər ziddiyyətli görünür. Belə ki, məhz İran onun atasının siyasi hərəkat yaratmasını dəstəkləyib və maliyyələşdirib. Məhz İran Müqtədanın Quma gələrək dini təhsil almasına, iki il ərzində böyük ayətullah almasına şərait yaradıb. Hazırda bütün dünyadakı şiə qruplaşmaları İranla bağlı olduğuna görə, Sədrin də Tehrandan imtina edəcəyi inandırıcı görünmür. Digər tərəfdən, Sədr özünü cəmiyyətdə İrandan uzaqlaşan siyasətçi kimi göstərməyi bacarıb. Buna isə İraq ictimaiyyətində tələbat böyükdür. Söhbət Sədrin İranla münasibətlərini parçalamağından yox, daha müstəqil xarici və daxili siyasət yeritməyindən gedir”, – deyə o bildirib.
Başqa bir rusiyalı politoloq Boris Dolqov diqqətini daha çox Səudiyyə Ərəbistanına yönəldib. Onun sözlərinə görə, Ər-Riyad İraqdakı seçkini xüsusilə diqqətlə izləyib:
“Tehranın Yaxın Şərqdəki təsiri bütün region ölkələrini narahat edir. Ona görə də İraq üzərində təsir uğrunda mübarizə seçkidən xeyli əvvəl başlayıb. Ər-Riyad üçün İranın İraqda zəifləməsi əsas hədəfdir. Buna isə hakimiyyətə özünə loyal olan qüvvələri gətirməklə nail olmaq mümkündür.
Sədrin özü də bir müddət əvvəl Ər-Riyada səfər edib. O, kifayət qədər təcrübəli siyasətçidir və Səudiyyə Ərəbistanını özünün düşməni kimi görmək istəmir. Görünür, Ər-Riyadda Sədr sünnilərlə şiələr arasında qarşıdurmanın aşağı salınması barədə təkliflərlə çıxış edib”.

Bu xəbər oxundu
- - -



___

Tehrandan Bakıya dil uzadanlar – Azərbaycandan düşmən yaratmaq onların nəyinə lazımdır?(ardı...)