Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Azərbaycanın hava hücumundan müdafiə sistemləri Ermənistandan daha güclüdür”

21.05.18, 11:32
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Məhəmməd Əsədullazadə: “Bu, fürsət düşdükcə İrəvan tərəfindən dilə gətirilir”


"Rusiyanın Ermənistana ayırdığı güzəştli kreditə uyğun olaraq, 100 milyon dollar məbləğində silahın ilk partiyası bu ölkəyə veriləcək. Ermənistan Rusiyadan əsasən, hava hücumundan müdafiə sistemləri alacaq. Görünür, Azərbayacanın güclü hərbi aviasiyası düşməni və havadarını narahat edir". Bunu politoloq Məhəmməd Əsədullazadə deyib. Politoloq qeyd edib ki, müasir döyüş avadanlığı ilə təchiz edilmiş bu silahlar Ermənistanın havadan müdafiə sisteminin təkmilləşdirilməsinə hesablanıb: "Çünki Azərbaycanın hava hücumundan müdafiə sistemləri Ermənistandan daha güclüdür və bu, fürsət düşdükcə İrəvan tərəfindən dilə gətirilir. Amma hesab etmirəm ki, Ermənistan Rusiyadan aldığı silahlar hesabına Azərbaycanı üstələyə biləcək. İşğalçı tərəf Azərbaycanı neytrallaşdırmaq gücündə deyil. Ordumuzun arsenalında olan silahlar Ermənistanın ən müasir sistemlərini sıradan çıxarmaq gücündədir".
Məhəmməd Əsədullazadə bildirib ki, Dağlıq Qarabağ münaqişəsi ətrafında danışıqların dayandığı bir məqamda Rusiyanın bu jesti Ermənistanın yeni hakimiyyətini öz tərəfinə çəkmək cəhdlərinin bir hissəsidir: "Lakin Rusiyanın bu addımı bölgədə vəziyyəti gərginləşdirə bilər. Hesab edirəm ki, bu baxımdan, Ermənistan yeni raket komplekslərinin birini Naxçıvanla sərhəddə, digərilərini də işğal olunmuş ərazilərdə yerləşdirəcək.
Buna görə də Azərbaycan rəsmi qaydada Rusiyaya nota verməklə bunun qarşısını almalıdır. Düşmənin ön xətdə yerləşdirdiyi komplekslər ordumuz tərəfindən məhv edilməlidir. Hansı ki, keçən il düşmənin Xocavənd istiqamətində, təmas xəttinə yaxın mövqedə yerləşdirdiyi zenit qurğusu məhv edilmişdi.

Bu xəbər oxundu
- - -