Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Monteneqroda AXC-nin 100 illiyi ilə bağlı silsilə tədbirlər keçirilib

21.05.18, 11:32
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Xəbər verildiyi kimi, Diaspor və İctimai Təşkilatların Əməkdaşlıq Platforması çərçivəsində könüllü olaraq keçirilən “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” kampaniyasına Monteneqrodakı soydaşlarımız da qoşulublar. Azərbaycan-Monteneqro mədəni və iqtisadi əlaqələr mərkəzinin direktoru Seyran Mirzəzadənin təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” kampaniyası çərçivəsində silsilə tədbirlər keçirilib. Belə ki, 18 may tarixində Monteneqronun Donya Qoritsa Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Azərbaycan və Monteneqro Birinci Dünya Müharibəsindən sonra” mövzusunda konfrans keçirilib.
Daha sonra, Monteneqronun paytaxtı Podqoritsa şəhərində böyük Azərbaycan mütəfəkkiri Hüseyn Cavidin büstünün və Azərbaycanın dövlət gerbinin yerləşdiyi ünvandan soydaşlarımız dünya azərbaycanlılarına təbrik mesajlarını göndəriblər.
Həmçinin, yerli xalqa Azərbaycan Xalq Cümhuriyyəti haqqında monteneqro dilində hazırlanmış məlumat vərəqələri və “ADR 100th anniversary - 1918-2018” döş nişanları paylanılıb.
Xatırladaq ki, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” kampaniyasının təşkilatçıları Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Nərgiz Xələf və Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadədir. Kampaniyanın məqsədi Diaspor və İctimai Təşkilatların Əməkdaşlıq Platforması adı altında dünya azərbaycanlılarında komanda işini aktivləşdirmək, xaricdəki soydaşlarımızın həmrəyliyini gücləndirməkdir. Kampaniyaya 11 ölkədən (ABŞ, Kanada, Norveç, Monteneqro, Rusiya, Almaniya, Hollandiya, Polşa, Türkiyə, Ukrayna və Kipr) diaspor təşkilatları qoşulub. Ayrıca Azərbaycandakı 20-dən artıq QHT bu kampaniyanın virtual təbliğatını aparır.

Bu xəbər oxundu
- - -



___

Tehrandan Bakıya dil uzadanlar – Azərbaycandan düşmən yaratmaq onların nəyinə lazımdır?(ardı...)