Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Məqsəd regional faktorları qarşılıqlı müharibə vəziyyətinə gətirməkdir”

21.05.18, 11:56
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Hikmət Babaoğlu: “Naxçıvanda, Azərbaycan-Ermənistan sərhəddində baş verən təxribat da elə bu məqsədə xidmət edir”

Fərhad Mehdiyev: “Ermənistan Azərbaycana qarşı təxribat cəhdlərinin sayını artıra bilər”

İlqar Vəlizadə: “Münaqişə zonasından uzaqda bu cür halın baş verməsi çoxlu suallar meydana gətirir”


Mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Tatarov Adil Əli oğlu şəhid olub.
Müdafiə Nazirliyi bu təxribatın arxasında birbaşa bir neçə gün əvvəl qoşunların bu istiqamətində yerləşən qarşıdurma xəttində səfərdə olan Ermənistanın yeni təyin edilmiş müdafiə və xarici işlər nazirlərinin dayandığını və onların göstərişi ilə həyata keçirildiyini istisna etməyib.
Təbii ki, erməni silahlı qüvvələrinin bu addımı və seçdikləri məkan təsadüfi deyil.
Müdafiə Nazirliyi həmçinin bildirib ki, Azərbaycan Ordusunun Ermənistanla sərhəddə mühəndis işləri görməsi barədə erməni tərəfinin bəyanatı məsuliyyətsiz və əsassızdır. "Ermənistan Müdafiə Nazirliyi nümayəndəsinin Azərbaycan Ordusu bölmələrinin öz mövqelərini yaxşılaşdırmaq məqsədi ilə guya Azərbaycan-Ermənistan sərhədinin bəzi məntəqələrində aktiv mühəndis işləri aparması barədə məsuliyyətsiz və əsassız bəyanatı ilk növbədə Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Azərbaycan hərbçisinin öldürülməsinə bəraət qazandırılmasına və ört-basdır edilməsinə yönəldilib", - deyə mətbuat xidmətindən bildirilib.
Politoloq Hikmət Babaoğlu bildirib ki, Paşinyan müstəqil siyasətçi deyil, qlobal güc mərkəzlərinin siyasi layihəsidir: “Dünya siyasətini müəyyənləşdirən bəzi güclər bu layihə vasitəsilə bir neçə məqsədə çatmaq istəyirlər. Onlardan biri regionda gərginliyi daha da artırmaqla qlobal terrorizmin coğrafiyasını böyütmək və terror siyasəti vasitəsilə regional faktorları qarşılıqlı müharibə vəziyyətinə gətirməkdir".
Millət vəkili qeyd edib ki, Naxçıvanda, Azərbaycan-Ermənistan sərhəddində baş verən təxribat da elə bu məqsədə xidmət edir: "Hədəf Azərbaycan-Türkiyə-Rusiya münasibətləridir. Çünki bu münasibətlər regionda geostrateji müvazinəti saxlamaqla regional təhlükəsizliyi təmin edir. Bu vəziyyət Paşinyanın ağalarını qane etmir. Onların siyasi planlarına görə Yaxın Şərqdə yaratdıqları hibrid müharibə ssenarisi Türkiyə və Azərbaycan üzərindən Rusiyaya, xüsusilə olun cənub sərhədlərinə transfer edilməli, sonra isə Rusiya Federasiyasının digər subyektlərinə ötürülməlidir. Onlar hesab edirlər ki, Naxçıvanda vəziyyət gərginləşərsə 1921-cu ilə Kars müqaviləsinə əsasən Naxçıvanın statusunun qarantörləri olan Rusiya və Türkiyə məsələyə müdaxilə etmək məcburiyyətində qalarlar və beləliklə bu iki regional gücün Yaxın Şərq rayonunda müttəfiqliyi pozular. Nəticədə hər iki ölkəni bir birinə qarşı qoyub sonrakı mərhələdə onları qlobal terrorizmin poliqonuna çevirmək olar. Bu məsələnin birinci tərəfidir. İkinci məsələ ondan ibarətdir ki, mümkun ssenaridə Azərbaycan da zəyifləyər, sabitllik pozular və beləliklə Qarabağ problemi asanlıqla ermənilərin lehinə həll olar. Yəni hazırda regionda geostrateji vəziyyət bu qədər gərkin və təhlükəlidir. Ona görə də Paşinyanın əl atdığı təxribatlar diqqətlə izlənilməli və önləyici tədbirlər alınmalıdır. Hazırki vəziyyətdə bu addımlar soyuqqanlılıqla izlənilir ki, bunun üçün də kifayət qədər əsaslar var. Çünki Azərbaycan tərəfi və onun müttəfiqləri birinci dəfə deyil ki, bu çür məkirli planla üzləşirlər. Azərbaycanın regional iqtisadi və hərbi-ciyasi güc mərkəzi olması, qlobal aktorlarla müstəqil və milli maraqlara əsaslanan qarşılıqlı əlaqələr qurması, eyni zamanda, çoxtərəfli diplomatik platformalarda region ölkələri ilə münasibətləri keyfiyyətcə yeni mərhələyə daşıması Paşinyan təxribatı və siyasi layhihəsini bəribaşdan uğursuzluğa düçar etmiş olur. Ona görə də əgər belə davam edərsə Paşinyan siyasi layihə kimi ən uzağı bir il mövcud ola bilər. Ermənistanda bu reallıq nə qədər tez dərk edilsə onların böhrandan xilas olmaları üçün də bir o qədər tez perespektivlər yarana bilər".
Politoloq Fərhad Mehdiyev deyib ki, Ermənistan Azərbaycana qarşı təxribat cəhdlərinin sayını artıra bilər. Politoloq hesab edir ki, Ermənistanın yeni hakimiyyətini buna vadar edən bir sıra səbəblər var: “Naxçıvan-Ermənistan sərhədində bir hərbçimizin şəhid olması, Nikol Paşinyan hökumətinin Serj Sərkisyandan daha azğın olacağının sübutudur. Sarksiyan birinci Qarabağ müharibəsinin qalibi kimi özünü hiss edərək, Xocalı məsumlarının qanına əlini batırdığı üçün eqosu doymuş bir erməni idi. Paşinyanın eqosu doymadığı kimi, o, qorxusuzdur və Ermənistanın həqiqi hökumət başçısının məsuliyyətini hələ ki, dərk etməyib. Hələ də qələbənin eyforiyasını yaşayır. Bu günlərdə daha ehtiyatlı olmaq lazımdır”.
Politoloq İlqar Vəlizadə deyib ki, Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan sahəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusunun şəhid olması o deməkdir ki, Ermənistan köhnə siyasətindən əl çəkməyəcək. Ekspert bütün hallarda həm sərhəddə, həm də cəbhədə gərginliyin davam edəcəyini bildirib: “Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan sahəsi münaqişə zonasından uzaqdır və bu cür halın baş verməsi çoxlu suallar meydana gətirir. Hadisənin məhz bu ərəfədə baş verməsi təxribatın qəsdən törədildiyini ortaya qoyur. Silahlı Qüvvələrimizin hərbi qulluqçusunun şəhid olması o deməkdir ki, Ermənistan köhnə siyasətindən əl çəkməyəcək. Qarşıda təxribatlar təkcə cəbhədə deyil, Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan sahəsində də gözləniləndir. İndiki Ermənistan hakimiyyəti daha sərt mövqedə dayanır, yaranmış reallıqları dərk etmir və Azərbaycanla bütün istiqamətlərdə münasibətlərin gərinləşməsinə maraq göstərir. Azərbaycan bütün bu təxribatlara lazımı cavab verir və verəcək”.
Politoloq qeyd edib ki, Azərbaycan bu məsələni danışıqlar prosesində gündəmə gətirəcək: “Bununla bağlı danışıqlar prosesində müəyyən korrektələr ediləcək. Hesab edirəm ki, Azərbaycan tərəfindən bundan sonra daha sərt mövqe nümayiş etdiriləcək”.
Əli

Bu xəbər oxundu
- - -