Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Çin yenə ABŞ-a meydan oxudu

21.05.18, 12:28
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Çin aralarında H-6K strateji təyyarələri də olan 100-lərlə bombardmançı qırıcılarını ABŞ-ın diqqət mərkəzində olan və eyni zamanda, bölgənin 6 dövlətinin iddia etdiyi Cənubi Çin dənizindəki mübahisəli ada və oradakı hərbi bazalarına endirib. Bununla da Qərbi Sakit Okean və Cənubi Çin dənizlərini əhatə edən böyük təlimə start verən rəsmi Pekin dünyaya meydan oxuyub. Məlumata görə, “praktik savaş hazırlığı” məqsədi daşıyan təlimdə yüzlərlə qırıcı və eyni zamanda hərbi donanmanın döyüş gəmiləri iştirak edib.
Rəsmi Pekin bu təlimi ehtimal olunan hər hansı hərbi təcavüzə qarşı önləyici tədbirlə yanaşı, bütün istiqamətlərə eyni anda sistemli hücum etmək planını sınaqdan çıxarmaq məqsədi ilə əlaqələndirib: “Buradan dünyanın bütün torpaqlarına yetişmək, istənilən zaman bütün istiqamətlərə hücum edə bilmək məqsədi ilə böyük hərbi təlimə başladıq. Bu, müharibəyə praktik hazırlıqdır”.
Çinin bu addımına ABŞ Müdafiə Nazirliyi dərhal sərt reaksiya verib. Pentaqon sözçüsü Kristofer Loqan bildirib ki, Pekinin bu hərəkəti bölgədə və dünyada gərginliyi artırmağa xidmət edir: “Çinin bu hərəkəti qəbuledilməzdir. Pekin bununla bölgəni və dünyanın təhlükəsizliyini təhdid edir…”.
Pentaqondan bildirilib ki, ABŞ bölgəyə son model silahlarla təchiz edilmiş əlavə qüvvə yeridəcək. Onu da qeyd edək ki, Çinin böyük güc topladığı Cənubi Çin dənizində mövcud olan adalara Fillipin, Tayvan, Malayziya və digər 3 bölgə dövləti də iddia edir. O üzdən bu ölkələr də Çinin bü gün start verdiyi böyük hərbi təlimə sərt etiraz ediblər.

Bu xəbər oxundu
- - -