Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“İsrailli siyasətçilər ucuz piar axtarırlar“

21.05.18, 13:44
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

"Qondarma "erməni soyqırımı"nı tanımağa çağıran israilli siyasətçilər düşmüş reytinqlərini yüksəltməyə çalışırlar".
Bunu "Report"a Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının (Azİz) rəhbəri Lev Spivak İsrail və Türkiyə arasında siyasi münasibətlərin pisləşməsi fonunda qondarma "erməni soyqırımı"nı tanımaqla bağlı bir sıra İsrail siyasətçilərinin çağırışlarına münasibət bildirərkən deyib.
Lev Spivak hakim koalisiyanın üzvü olan və "erməni soyqırımı"nın tanınmasına dair çağırışlar edən İsrailin təhsil naziri Naftali Bennetin baş verən hadisələrlə heç bir bağlılığının olmadığını qeyd edib: "Bir çox ölkələrdə olduğu kimi, İsraildə də Təhsil Nazirliyi ən problemli nazirliklərdəndir. Daim təhsildə islahatlardan, maaşların artırılmasından və s. danışılır, amma heç nə edilmir. Buna uyğun olaraq da nazirin reytinqi aşağı düşür və bu reytinqi qaldırmaq lazımdır. Belə çağırışlar edən ikinci şəxsin - Avi Qabayın durumu daha pisdir. Hazırda o, heç Knessetin deputatı da deyil. Avod Partiyasından praymerizi qazansa da, deputat deyil. Praymerizi qazanan zaman reytinqi yüksək idi, indi isə reytinqini əldən verir. Hesab edirəm ki, onun heç də ağıllı məsləhətçiləri yoxdur. Səhv ardınca səhv edir. İndi də piar üçün asan yol tapıb".
Bununla yanaşı, Lev Spivak bu partiyanın Knessetdəki fraksiyasının rəhbəri və parlamentdə müxalifət lideri İshak Hersoqun bu məsələ ilə bağlı danışmadığını vurğulayıb: "Onların birgə siyahısında dəfələrlə Azərbaycanda olan və bu ölkəni sevən, Prezident İlham Əliyevlə görüşən Tsipi Livni də ver. O, bu məsələ ilə bağlı bir kəlmə də bildirməyib. Bir sözlə, enən reytinqlərini qaldırmaq üçün təcili olaraq nə isə etməli olan deputatlar çıxış edib. Diqqət yetirin, "erməni soyqırımı" haqqında qanun layihələri ilə, adətən, çıxış edən deputat və Merets Partiyasının rəhbəri Zaava Qalyon da bu məsələdə susub. Çünki bunu mənasız olduğunu bilir".

Bu xəbər oxundu
- - -



___

Tehrandan Bakıya dil uzadanlar – Azərbaycandan düşmən yaratmaq onların nəyinə lazımdır?(ardı...)