Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Geosiyasi proseslər neftin qiymətinin 80 dollaradək artmasına səbəb oldu

21.05.18, 13:53
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Geosiyasi proseslərin enerji və neft bazarına təsiri “qara qızıl”ın qiymətinin təxminən 80 dollar/barrelədək bahalaşmasına gətirib çıxardı. Bu sözləri Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol deyib. “Son 6-7 ayda neft bazarında əhəmiyyətli 2 dəyişiklik baş verdi. Bunlardan birincisi neft tələbatının çox sürətlə artmağa davam etməsidir. İkincisi isə Vyana sazişi çərçivəsində Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələr və Rusiyanın neft hasilatını müəyyən səviyyədə azaltmasıdır. Buna görə də neftin qiyməti ilə bağlı onsuz da bazarda müəyyən kiçilmə var idi”, - deyə F.Birol bildirib.
IEA-nın icraçı direktoru əlavə edib: “Həmçinin də geosiyasi proseslərin təsiri oldu. Burada 2 məsələyə diqqəti yönəltmək lazımdır. Birincisi ABŞ-ın İranla bağlı qərarları, ikincisi isə Venesueladakı proseslər. Bu 2 məqam neftin qiymətinin artmasına səbəb ola bilər. Mən demirəm bu sadalananlar oldu amma ola bilər. Hazırda İran dünyanın beşinci böyük neft ixracatçısıdır və çox mühüm ölkədir. İranla əlaqədar sanksiyaların bazara necə təsiri olacaq bunu yaxşı analiz etməliyik. Venesuela da çox vacib ölkədir. Venesuelanın neft istehsalı çox tez azaldı. Məsələn Huqo Çavez iqtidara gəldiyi zaman Venesuelanın neft hasilatı gündəlik 3,9 milyon barrel ətrafında idi. Hazırda bu göstərici sutkalıq 1,4 milyon barrelə düşüb və daha da azala bilər. Geosiyasi proseslərin enerji və neft bazarına təsiri “qara qızıl”ın qiymətinin təxminən 80 dollar/barrelədək bahalaşmasına səbəb oldu”.

Bu xəbər oxundu
- - -