Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Azərbaycana qarşı çox ciddi informasiya müharibəsi gedir”

22.05.18, 10:18
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Ümumiyyətlə Azərbaycana qarşı çox ciddi informasiya müharibəsi gedir. Bu müharibə bəlkə də səngərlərdə gedən müharibədən az təhlükəli deyil”. Bunu millət vəkili Asim Mollazadə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycana qarşı sanksiya tətbiq etməsinə münasibət bildirərkən deyib.
Deputatın sözlərinə görə, Azərbaycan bütün güclərini səfərbər edərək bu informasiya müharibəsini hər bir platformada – beynəlxalq təşkilatlarda, xarici ölkələrdə və s. bu istiqamətdə bizə qarşı olan müharibəyə cavab verməlidir: “Düşünürəm ki, xarici siyasətimizdə çox ciddi işlər getməlidir. Çünki hazırda olan vəziyyət bizi qane etmir. Ümumiyyətlə hər yerdə çox ciddi müharibə gedir. Azərbaycan öz hüquqlarının müdafiəsini üstün tutur və güclərini səfərbər etməlidir. Necə ki, Azərbaycan hal-hazırda səngərlərdə istənilən təxribata cavab verməyə qadirdir, eləcə də bu vəziyyət bizim informasiya müharibəsində də olmalıdır”.

Bu xəbər oxundu
- - -



___

Tehrandan Bakıya dil uzadanlar – Azərbaycandan düşmən yaratmaq onların nəyinə lazımdır?(ardı...)