Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Zemfira Məhərrəmlinin kitabı işıq üzü görüb

22.05.18, 10:52
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Yazıçı-publisist Zemfira Məhərrəmlinin “Qarabağ müharibəsi: Zərif talelər” kitabı işıq üzü görüb.
Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü il dönümünə həsr edilən kitab “2018 Hərəkatı”nın layihəsi əsasında “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin dəstəyi ilə çap olunub.
Müəllifin sayca 13-cü kitabı olan “Qarabağ müharibəsi: Zərif talelər” kitabında üz-üzə qaldığımız qanlı savaşın dəhşətlərini, uğurlu-uğursuz hərbi əməliyyatların xronikası əks etdirən, habelə torpaqlarımızın bölünməzliyi naminə kişilərlə çiyin-çiyinə çarpışan hünərindən, məşəqqətli əsirlik həyatı yaşamış azərbaycanlı qız-gəlinin ağır taleyindən bəhs edən sənədli hekayələr toplanıb.
Kitabda müəllifin cəbhə illərində qələmi ilə döyüşən qadın həmkarları – xanım jurnalistlər haqqında portret yazıları da yer alıb.
Kitabın təqdimatı mayın 23-də olacaq.

Bu xəbər oxundu
- - -



___

Tehrandan Bakıya dil uzadanlar – Azərbaycandan düşmən yaratmaq onların nəyinə lazımdır?(ardı...)