Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Hökumət buludu”nun yaradılması istiqamətində Belarus təcrübəsi öyrənilir

22.05.18, 13:18
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin nümayəndə heyəti “Hökumət buludu” (G-cloud) layihəsi çərçivəsində Belarusun “bulud”a inteqrasiya təcrübəsi ilə yaxından tanış olub. Nazirlikdən verilən məlumata görə, Minskdə keçirilən XXV "TİBO-2018" beynəlxalq telekommunikasiya sərgi-forumu çərçivəsində çoxsaylı yerli şirkət və dövlət qurumları ilə ikitərəfli görüşlər keçirən “AzInTelecom” nümayəndə heyəti “bulud” həlləri, “bulud”a inteqrasiya, Belarus dövlət qurumlarının “bulud”dan istifadə tendensiyaları, eləcə də “Hökumət buludu”nun yaradılması və ona keçid perspektivlərini müzakirə ediblər. Görüşlər zamanı qarşılıqlı fikir və təcrübə mübadiləsi aparılıb, iki ölkənin İKT sahəsi üzrə əlaqələrin inkişafı, xüsusilə “Hökumət buludu”nun yaradılması istiqamətində qarşılıqlı əməkdaşlıq imkanları haqqında təkliflər irəli sürülüb.
Qeyd edək ki, “Hökumət buludu”nun (G-Cloud) yaradılması “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”nin tərkib hissəsidir.

Bu xəbər oxundu
- - -