Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Avropalı proqram direktoru Mətbuat Şurasında olub

22.05.18, 15:08
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Dünən “Adami” Şərqi Avropada mədəniyyət müxtəlifliyi üçün Media Mükafatı Proqramının direktoru Ştefan Tolç Azərbaycan Mətbuat Şurasında olub. Qonağı salamlayan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov onlara rəhbərlik etdiyi qurumun fəaliyyət missiyası barədə geniş məlumat verib. Daha sonra Əflatun Amaşov Azərbaycanda ifadə azadlığı, eləcə də media orqanlarının iş prinsipləri haqqında söz açıb. O bildirib ki, Şura müxtəlif beynəlxalq media təşkilatları ilə sıx əməkdaşlıq şəraitində Azərbaycanın kütləvi informasiya vasitələrində peşə dəyərlərinin təbliğinə yönələn təşəbbüslər icra etməkdədir. Bu baxımdan son illər Avropa Şuranın Azərbaycan nümayəndəliyi ilə birgə layihənin əhəmiyyətindən söz açan deputat vurğulayıb ki, mövcud istiqamətdəki fəaliyyət diapazonunun genişliyi son dərəcə vacibdir və bu baxımdan Şərqi Avropada mədəniyyət müxtəlifliyinə media töhfəsi proqramı da mühüm əhəmiyyət daşımaqdadır.
Şərqi Avropada mədəniyyət müxtəlifliyi üçün Media Mükafatı Proqramının direktoru Ştefan Tolç rəhbərlik etdiyi layihə barədə məlumat verərək bildirib ki, «Adami» Avropa Birliyinin Şərq Tərəfdaşlığı Ölkələrində media peşəkarları üçün beynəlxalq müsabiqə mahiyyəti daşıyan təşəbbüsdür. Layihə əsasən mədəniyyət müxtəlifliyinin mediada işıqlandırılmasını hədəf seçir. Müsabiqədə Azərbaycanla yanaşı, Gürcüstandan, Moldovadan, Belarus və Ukrainadan telekanalların, prodüser kompaniyalarının və müstəqil prodüserlərin iştirakı nəzərdə tutulur. Ştefan Tolç həmçinin müsabiqə ilə əlaqədar şərtlərin «www.adamimediaprize.eu» saytında ətraflı yer aldığını vurğulayıb. O, Azərbaycan Mətbuat Şurasının prosesin reallaşmasına dəstəyinin perspektiv əməkdaşlıq imkanlarının genişləndirilməsində vacib məqam olduğunu da deyib.
MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu «Adami» Şərqi Avropada mədəniyyət müxtəlifliyi üçün Media Mükafatı Proqramının əhəmiyyətinə toxunaraq bunun davamlı peşəkarlıq platforması kimi inkişafındakı xüsusisyyətlərini əsaslandırıb.
Qarşılıqlı müzakirələr şəraitində keçmiş görüşdə gələcək əməkdaşlığın müxtəlif formaları nəzərdən keçirilib.

Bu xəbər oxundu
- - -