Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“İşğal olunmuş ərazilərimiz Ermənistanın nəzarətindədir”

23.05.18, 11:49
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Ermənistan Xarici İşlər naziri Zoqrab Mnatsakanyan bir neçə gün öncə Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisinə səfər edərək Xankəndində qondarma Qarabağ rejiminin rəhbəri Bako Saakyanla görüşüb. Bunu şərh edən millət vəkili Asim Mollazadə deyib ki, Ermənistan hər zaman belə şoular göstərir. “Ermənistan hər zaman belə şoular göstərir. İşğal olunmuş ərazilərimiz Ermənistanın nəzarətindədir və bu prosesdə yeni hökumətin də iştirak etdiyini dünyaya nümayiş etdirmək üçün belə bir addım atıblar. Səfərin məqsədi həm də işğal olunmuş ərazidəki vəziyyətlə tanış olmaq idi”, - deputat bildirib. Millət vəkili, politoloq Rasim Musabəyov isə vurğulayıb ki, Ermənistanın xarici işlər nazirinin Dağlıq Qarabağa səfər etməkdə məqsədi Qarabağ ermənilərinin mövqeyini dəqiqləşdirmək idi: “ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona səfəri gözlənilir. Görünür, Paşinyan və komandası hazırlıqlar görür. Baş nazirin ardınca Ermənistan XİN başçısının Qarabağa göndərilməsi İrəvan üçün zəruri idi”.

Bu xəbər oxundu
- - -



___

Tehrandan Bakıya dil uzadanlar – Azərbaycandan düşmən yaratmaq onların nəyinə lazımdır?(ardı...)