Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Gürcüstanda da Respublikanın 100 illiyi qeyd olunur”

23.05.18, 11:49
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Elxan Şahinoğlu:”Bu tədbirlərdə Avropa Komissiyasının rəhbəri Jan Klod Yunkerlə yanaşı 20-yə yaxın nümayəndə heyəti iştirak edəcək”

“Gürcüstan 26 may Respublika gününü böyük təmtəraqla keçirməyi planlaşdırır. Azərbaycan kimi Gürcüstanda da Respublikanın 100 illiyi qeyd olunur. Bu tədbirlərdə Avropa Komissiyasının rəhbəri Jan Klod Yunkerlə yanaşı 20-yə yaxın nümayəndə heyəti iştirak edəcək”. Bunu politoloq Elxan Şahinoğlu deyib.
Politoloq qeyd edib ki, Gürcüstandakı tədbirlərə Litva, Latviya, Finlyandiya, Polşa, Slovakiya və Ermənistan prezidentləri qatılacaqlar. Gürcüstan hakimiyyəti yaranmış fürsətdən istifadə edərək prezidentlərin iştirakı ilə Tiflisdə böyük beynəlxalq konfrans da keçirəcək: “Şübhəsiz ki, Gürcüstan hakimiyyəti bayram tədbirləri ilə bağlı Azərbaycana da dəvət göndərib. Ancaq Azərbaycanın Gürcüstandakı tədbirlərdə hansı səviyyədə iştiraka dair məlumat yoxdur. Maraqlıdır ki, tədbirlər tamamlanan kimi Gürcüstana Ermənistanın baş naziri Nikol Paşinyan gedəcək. Paşinyan 30-31 may tarixlərində Tiflisdə görüşlər keçirəcək. Ümumiyyətlə, Nikol Paşinyan Gürcüstanla əməkdaşlığa xüsusi əhəmiyyət verir. O, bunu bir neçə gün əvvəl Gürcüstanın televiziya kanalına verdiyi müsahibədə də təsdiq etmişdi. Müsahibədə “biz qardaş xalqlarıq” deyən Paşinyan Gürcüstanla əməkdaşlığı üst səviyyəyə qaldırmaq istəyir”.
Elxan Şahinoğlu qeyd edib ki, Azərbaycan da Gürcüstana diqqəti artırmalıdır: “Görəsən Paşinyanın istəyi qarşısında rəsmi Tiflis Ermənistanla hansı sahələrdə əməkdaşlığı genişləndirmək istəyir? Bunu dəqiqləşdirməyə ehtiyac var. Biz Qarabağ separatçılarının abxaz separatçılarının liderləri ilə görüşlərinə etiraz etdik. Ancaq Gürcüstanda sanki bu fakta görməzlikdən yanaşdılar. Üstəgəl Gürcüstan hakimiyyətinin Rusiya-Ermənistan dəmiryolunun fəaliyyətinin bərpasına razılıq verməsi də Azərbaycana xoş olmayan mesajdır”.

Bu xəbər oxundu
- - -



___

Tehrandan Bakıya dil uzadanlar – Azərbaycandan düşmən yaratmaq onların nəyinə lazımdır?(ardı...)