Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

İbrahimbəyovun növbəti xəyanəti

23.05.18, 15:05
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

"Rüstəm İbrahimbəyovun bu günədək ermənilərin ünvanına səsləndirdiyi sevgi dolu fikirlər, Rusiya və ABŞ mətbuatına verdiyi müsahibələrdə Azərbaycan torpaqlarının işğalında ermənilərin deyil, hansısa mücərrəd geosiyasi proseslərin günahkar olduğunu dilə gətirməsi təəccüblənmək üçün əsas qoymur". Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini, politoloq Elçin Mirzəbəyli deyib.
Politoloq bildirib ki, İbrahimbəyovun filmi Əkrəm Əylislinin “Daş yuxular” romanının məntiqi davamıdır: "Bu adamlar erməni lobbisi və diasporunun dəstəyi ilə ədəbiyyat və kinomatoqrafiya sahəsində yüksək beynəlxalq mükafatlara sahiblənmək istəyirlər. Rüstəm İbrahimbəyov 2013-cü ildə “Rosbalt” agentliyinə verdiyi müsahibədə ermənilərin Azərbaycan xalqının düşməni olmadığını, onların da azərbaycanlılar kimi faciə qurbanları olduğunu deyir. İbrahimbəyov bildirir ki, “Dağlıq Qarabağ təkcə torpaq deyil, həm də əsasən ermənilərdən ibarət olan əhalidir”. Bu adamın yanaşması ortalıqdadır və bu yanaşma erməniliyə xidmət edir. Rüstəm İbrahimbəyov, Əkrəm Əylisli və bu qəbildən olan digər adamlar Dağlıq Qarabağı Azərbaycandan qoparmağa çalışan qüvvələrin uzun illərdir ki, yeməldiyi, formalaşdırdığı “ictimai diplomatlar”dır və çox təhlükəli bir missiyanı həyata keçirirlər. “Daş yuxular”, “Qafqaz çlüyü” kimi “ssenarilərin” məqsədi azərbaycanlıların vəhşi obrazını formalaşdırmaqdan, erməni separatizminə və işğalına haqq qazandırmaqdan ibarətdir. Bildiyiniz kimi, Ermənistan Dağlıq Qarabağ ətrafındakı rayonlarımızın işğalını və Dağlıq Qarabağın “müstəqilliyi” ilə bağlı iddialarını ermənilərin azərbaycanlılarla birgə yaşayışının mümkün olmaması ilə əlaqələndirirlər. Bu, onların Azərbaycana qarşı istifadə etdikləri əsas iddiadır. “Xocalıya ədalət” kampaniyası çərçivəsində görülən işlər, Xocalı soyqırımının tanıdılması istiqamətində atılan addımlar isə bunun əksini sübuta yetirir. Təsdiq edir ki, ermənilər azərbaycanlıları etnik təmizləməyə məruz qoyublar, soyqırım törədiblər".
Elçin Mirzəbəyli qeyd edib ki, dünyaya təqdim etdiyimiz həqiqətlərin qarşılığında onların ortaya qoyacaqları heç bir fakt, sübur yoxdur: "Bu səbəbdən də sapı özümüzdən olan baltaların bədii təxəyyüllərini işə salaraq öz yalanlarına bədii-emosional don geyindirməyə cəhd göstərirlər. Bu prosedə iştirak edən istənilən şəxsin, o cümlədən Rüstəm İbrahimbəyovun Dağlıq Qarabağın Azərbaycandan qopardılmasına xidmət ediyini sübuta yetirməyə ehtiyac yoxdur. Hər şey onsuz da göz qabağındadır. Nəzərə alsaq ki, Dağlıq Qarabağın və ətraf rayonların işğalı prosesi ermənilərin şüurlarına yeridilmiş faşist ideologiyasından – Böyük Ermənistan xülyasından qaynaqlanır. Bu ideyanın daşıyıcıları nəinki azərbaycanlıları, bütövlükdə bütün türkləri, müsəlmanları, bölgə xalqlarını yer üzündən silmək istəyirlər, o zaman İbrahimbəyovun bu qanlı niyyətin həyata keçirilməsində iştirak edən ASSALa terrorçularından, hərbi cinayətkarlardan, soyqırım təşkilatçıları və icraçılarından fərqi olmadığını görə bilərik. Əgər Qarabağda azərbaycanlılara qarşı soyqırım həyata keçirilən erməni hərbi cinayətkarlarının əli Azərbaycan xalqının qanına bulaşıbsa, onlarla mahiyyət etibarı ilə eyni missiyanı həyata keçirən Rüstəm İbrahimbəyovun mənəviyyatı da günahsız insanların qanına bulaşıb. Bu qanı təmizləmək və İbrahimbəyov kimilərin alnındakı xəyanət damğasını silmək heç zaman mümkün olmayacaq".
Millət vəkili Çingiz Qənizadə isə bildirib ki, azərbaycanlı soyadını daşıyan bir şəxsin – Rüstəm İbrahimbəyovun öz xalqına qarşı bu qədər qərəz mövqe nümayiş etdirməsinə bəlkə də təəccüblənmək lazım deyil: “Bu insan həyatının böyük hissəsini başqa xalqların nümayəndələrinin içərisində keçirib. İndi də böyük qardaşların yanında yaxşı olmaq üçün öz xalqını aşağılayır”.
Çingiz Qənizadə deyib ki, kinorejissor gürcü, ssenari müəllifi Rüstəm İbrahimbəyov, aşağılanan xalq Azərbaycan xalqı, müdafiə olunan isə ermənilərdir: “Yəni bu filmlə Qafqazda iki xalqın - gürcü və ermənilərin Azərbaycan xalqına münasibətini formalaşdırmaq, xalqımızın vəhşi obrazını yaratmaq istəyir. Bu gün Azərbaycanda 30 min erməni əsilli insan yaşayır. Biz onları heç arayıb axtarmırıq, salamlaşırıq da. Biz erməni xalqı ilə düşmən deyilik. Təbii ki, Ermənistanda hakimiyyətdə olan, öz xalqını da çox ağır bir duruma gətirib çıxarmış işğalçı rejimlə düşmənik, çünki torpaqlarımızı işğal ediblər. Amma Rüstəm İbrahimbəyov kimi birisi 30 min insanımızı şəhid etməklə Dağlıq Qarabağ və ətraf rayonlarımızı işğal etmiş erməniləri dəstəkləyirsə, mən başqa söz tapa bilmirəm. Azərbaycana gələn hər bir əcnəbi dünən də, bu gün də və sabah da xalqımızın humanist, qonaqpərvər və sülhpərvər bir xalq olduğunun şahidi olub və şahidi olmağa davam edəcəklər”.
Millət vəkili qeyd edib ki, Moskvada yaşayan M. İbrahimbəyovun çəkdiyi “Qafqaz üçlüyü” filmi əslində film deyil, qərəzli tamaşadır: “Bu təkcə Azərbaycan xalqının aşağılanması deyil, bu filmi çəkənlərin Moskvada, Kremldə olanlar qarşısında sanki öz xalqını aşağılamaqla hansısa dividentlər əldə etməsinə yönəlmiş bir addımdır. Sanki Rüstəm İbrahimbəyov Əkrəm Əyləslinin “Daş yuxular” əsərində təqdim etdiyi kadrı səhnələşdirib. Araşdırsaq, yəqin ki, Rüstəm İbrahimbəyovun da soyunda, kökündə hansısa o xalqa yaxın xalqın nümayəndələri gəlib çıxacaq. Bu filmin ssenarisini yazana, rejissoruna və filmdə iştirak edənlərə ayıb olsun”.

Bu xəbər oxundu
- - -