Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

İran hərbi bazasına yeni raket zərbələri

25.05.18, 12:35
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Suriyanın Homs əyalətində yerləşən aviabazada baş vermiş seriya partlayışların səbəbi məlum olub. Yaxın Şərq mənbələri bildirir ki, İsrail aviasiyası həmin aviabazada cəmləşdirilmiş “Hizbullah” qüvvələrinə güclü zərbələr endirib. İsrail təyyarələri hədəfə Livan hava məkanından hücum ediblər, Suriyanın Hava Hücumundan Müdafiə sistemləri zərbələrə reaksiya verib.
Rəsmi SANA agentliyi S-200 komplekslərinin tətbiq olunduğunu “praktiki olaraq bütün raketlərin vurulduğunu” bildirir. Lakin müstəqil mənbələr aviabazanın ərazisində azı 6 şiddətli partlayışın baş verdiyini, o cümlədən “Hizbullah”ın silah anbarının partladığını təsdiq edib. Aviazərbələr zamanı bazada “Hizbullah”ın çoxsaylı döyüşçüləri olub. İtkilər barədə məlumat verilmir, amma çoxsaylı ölənlərin olduğu qaçılmazdır.
Baza əl-Keysər şəhəri yaxınlığında yerləşir və “Hizbullah”ın Suriyadakı əməliyyatlarının əsas mərkəzi hesab olunur. Hücum mayın 24-də saat 9 radələrində edilib. İsrail mənbələri “Hizbullah”ın silah anbarının məhv edildiyini bildirir. İsrail mediası yazır ki, bu zərbələr “Hizbullah” lideri şeyx Nəsrallahın bəyanatlarına cavabdır. Nəsrallah mayın 9-da Golan təpələrindəki İsrail mövqelərinə endirilən raket zərbələrini nəzərdə tutaraq bəyan etmişdi ki, “sionist rejimin cəzasız şəkildə Suriyaya hücumlar həyata keçirməsi” arxada qalıb.
İsrail vaxtarışı olaraq Suriyadakı İran bazalarına zərbələr endirir. Bu hava əməliyyatlarında F-35 “Adir” qırıcılarının da tətbiq edildiyi açıqlanıb. Məlumatlara görə Rusiyanın Hmeymim aviabazasında dislokasiya olunmuş S-400 və S-300 zenit-raket komplekslərinin radarları F-35 qırıcılarını “görə” bilməyib. Əks halda bu informasiya Suriyanın hava hücumundan müdafiə sisteminə ötürülərdi.

Bu xəbər oxundu
- - -



___

Tehrandan Bakıya dil uzadanlar – Azərbaycandan düşmən yaratmaq onların nəyinə lazımdır?(ardı...)