Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Çirkli pulların yuyulmasına qarşı mübarizə gücləndirilir

25.05.18, 12:55
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Mayın 24-dən 25-dək Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında Avropa İttifaqı və Avropa Şurası ilə birgə keçirilən Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq (YİT) Proqramının “Azərbaycanda çirkli pulların yuyulmasına qarşı mübarizənin gücləndirilməsi” layihəsi çərçivəsində “Çirkli pulların yuyulması hallarına dair istintaq üsulları” mövzusunda tədbir keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Baş Prokurorluq, Daxili İşlər və Vergilər nazirlikləri, Maliyyə Bazarlarına Nəzarət Palatası və Hesablama Palatasının nümayəndələrinin qatıldığı iki günlük tədbirdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəisi Heydər Məmmədov çıxış edərək, korrupsiyaya qarşı mübarizənin ölkəmizdə dövlət siyasətinin prioritet istiqaməti olmasını vurğulamaqla bu mübarizənin möhkəm siyasi iradəyə əsaslandığını qeyd etmiş, bu sahədə ölkə daxilində, eyni zamanda beynəlxalq səviyyədə əməkdaşlığın böyük əhəmiyyət kəsb etdiyini bildirib, təlim kursunun iştirakçılar üçün faydalı olacağına əminliyini ifadə edib.
Tədbirdə çıxış edən Avropa Şurasının Bakı ofisinin rəhbəri Zoltan Hernyes hazırkı layihənin təmsil etdiyi beynəlxalq qurum tərəfindən Azərbaycanda çirkli pulların yuyulmasına qarşı aparılan mübarizəyə göstərilən dəstəyin ifadəsi olduğunu qeyd edərək, belə maarifləndirmə layihələrinin Azərbaycan və Avropa Şurasının gələcək əməkdaşlığı üçün də prioritet olacağına ümidvar olduğunu bildirib. Təlim çərçivəsində Avropa Şurasının ekspertləri Yehuda Şaffer və Pol Martin tərəfindən çirkli pulların yuyulmasına qarşı mübarizə sahəsində beynəlxalq standartlar, cinayət fəaliyyətində əldə edilən gəlirlərin leqallaşdırılmasının aşkar olunması, götürülməsi və müsadirə edilməsi və bu növ cinayətlərin təqibinin aparılması metodları mövzularına dair təqdimatlar keçirilib.

Bu xəbər oxundu
- - -