Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Gənc Tamaşaçılar Teatrından Cümhuriyyətin 100 illiyinə töhfə

29.05.18, 9:18
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının rəssamı Elşən Sərxanoğlu “Azərbaycan Xalq Cümhuriyyəti İli” münasibətilə yaratdığı əsərlərini İstiqlal Muzeyinə və AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinə hədiyyə edib.
Hər iki əsər muzeylərin ekspozisiyasında nümayiş olunur.
Rəssamın İstiqlal Muzeyinə bağışladığı “Həsrət üzəngilərinə elegiya” triptixi Cümhuriyyətin və Qafqaz İslam Ordusunun 100 illiyi münasibətilə Mədəniyyət Nazirliyi, Türkiyənin ölkəmizdəki səfirliyi, Bakı Yunus Əmrə İnstitutu və Bakı Türk Mədəniyyəti Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən fotosərgidə təqdim edilmişdi. Elşən Sərxanoğlunun müəllifi olduğu “İstiqlal müjdəçisi” adlı heykəl isə Milli Azərbaycan Tarixi Muzeyində Cümhuriyyətin 100 illiyi münasibətilə “Azərbaycanın istiqlal müjdəçiləri” adlı sərgidə nümayiş olunub. Hər iki əsərdə rəssam Azərbaycanın istiqlalını, qələbəsini və mübarizliyini təsvir edib.

Bu xəbər oxundu
- - -