Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Qarabağ xanlığı uğrunda rus-Qacar mübarizəsi

30.05.18, 10:52
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Bundan öncəki yazılarımızda Qarabağ tarixinin ayrı-ayrı çağlarına müxtəlif elmi baxışları təqdim etmişdik. Bu yazıda isə XVIII əsrin 90-cı illərinin sonu, XIX əsrin əvvəllərində Qarabağ xanlığı uğrunda rus-Qacar rəqabəti mövzusunda tarix üzrə elmlər doktoru, professor Tofiq Mustafazadənin araşdırmasını təqdim edirik. Sözügedən dönəmdəki siyasi prosesləri təhlil edən tarixçi yazır ki, hələlik xarici təhlukə sovuşsa da məlum idi ki, nə Qacarlar, nə də Rusiya Qarabağa iddialarından əl cəkməyəcək. Xanın qocalığından istifadə edib bütün idarə işlərini öz əllərinə alan əyanlar bir-birinə duşmən olan iki cəbhəyə bölünmüşdü. Bu cəbhələrdən biri rusların Cənubi Qafqazın işlərinə qarışmasını gozləyərək hez bir vəchlə İrana tabe olmaq istəmir, digər cəbhə isə əksinə, İran hökmdarını hər vasitə ilə razı salmağa çalışırdı.
XVIII əsrin 90-cı ulərində Qacar hücumlarının iflasa uğramasma baxmayaraq Azərbaycan xanlıqlarının, o cumlədən Qarabağ xanlığının vəziyyəti murəkkəb olaraq qalırdı. Cənubdan təhlukənin sovuşması muvəqqəti xarakter daşıyırdı və şah hakimiyyəti uğrunda mubarizənin qızışması ilə bağlı idi. Bu mubarizədə Ağa Məhəmməd şahın qardaşı oğlu Fətəli xan, Fars vilayətinin hakimi Hüseynqulu xan Qacar, Ağa Məhəmməd şahın olümündən sonra Cənubi Azərbaycanda hakimiyyəti ələ almış Sadıq xan Şəqqaqi, Ağa Məhəmməd şahın qardaşı Əliqulu xan Qacar və Zəki xan Zəndin oğlu Məhəmməd xan iştirak edirdilər.
Ağa Məhəmməd şah tərəfindən İran taxtının vəliəhdi elan edilmiş Fətəli xan öz rəqibləri ilə ağır mubarizə aparmalı oldu. Tezliklə Hüseynqulu xan onun hakimiyyətini tanıdı və Şirazın hakimi təyin edildi. Sadıq xan Şəqaqi Qəzvində möhkəmlənsə də, Fətəli xanın üstün qüvvələri ilə döyöşə girməkdən qorxaraq onun hakimiyyətini tanımağa məcbur oldu. Məhəmməd xan Zənd öz qohumlarının və Lur tayfasının koməyilə İsfahanda möhkəmlənsə də tezliklə ağır məğlubiyyətə uğradı. Yalnız 1798-ci ilin əvvəllərində Fətəli xan əsas rəqiblərinin muqavimətini qırdı və özünü şah elan etdi.
Hakimiyyətə gəldiyi ilk dovrlərdə Fətəli şah əsas diqqətini hakimiyyət uğrunda mubarizə aparan rəqiblərinin muqavimətinin qırılmasına yonəltməyə məcbur olduğundan Cənubi Qafqaz bir növ onun diqqətindən kənarda qalmışdı. Əsas rəqibləri üzərində qələbə çalan Fətəli şah XVIII əsrin sonu - XIX əsrin əvvəllərində Azərbaycan xanlıqlarını, o cümlədən Qarabağ xanlığını itaət altına almaq üçün real addımlar atmağa başladı. Pirqulu xan Qacarın başçılıq etdiyi İran ordusu İrəvan qalasını əlı keçirdi və buradan Azərbaycanın digər xanlıqlarının, o cümlədən Qarabağ xanlığının müstəqilliyini təhdid etməyə başladı.
Tarix üzrə elmlər doktoru, professor Tofiq Mustafazadənin araşdırmasında daha sonra vurğulanır ki, rusların ona qarşı hormətsizliyi, ləyaqətsiz davranışı, qonşu xanlıqların duşməncilik siyasəti İbrahimxəlil xanı Qacarlara meyl etməyə məcbur etdi. O, qatil Səfərəli bəyi at kimi nallatdıraraq, Ağa Məhəmməd şahın cənazəsilə birgə böyük ehtiramla Tehrana gondərdi. Fətəli şah xanın elcilərini qiymətli hədiyyələrlə geri yola saldı. Qaradağ xanlığının gəlirlərini ona verməyi vəd etdi və İbrahimxəlil xanın qızı Ağa bəyimi istədi. Yeddi ay duşundukdən sonra İbrahimxəlil xan qızını yeni şaha verməkdən imtina etdi. Bundan qəzəblənən şah Qarabağa gondərmək üçün 12 min nəfərlik hərbi dəstə hazırladı. Bundan xəbər tutan xan Rusiyamn Gürcüstandakı naziri Kovalenskiyə məktub göndərərək Rusiyaya səqadətində onu əmin etdi və ondan Fətəli şahla munasibətdə necə hərəkət etməsi barədə məsləhət istədi. Kovalenskidən heç bir cavab almayan İbrahimxəlil xan xanlığın yenidən dağıdıcı basqına məruz qalmasının qarşısını almaq üçün Fətəli xanın təklifini qəbul etməyə məcbur oldu. Ağa bəyim şahın hərəminə göndərildi. Xanın oğlu Əbülfət ağa da Tehran sarayına əmanət kimi göndərildi. Şah Əbülfət ağanı öz sərkərdələrindən biri etdi. Ağabəyimlə nikah bağladıqdan sonra şah ildə bir dəfə İbrahimxəlil xana muxtəlif hədiyyələr - xələt, qılınc, yəhərli və yüyənli at və s. göndərirdi. Eyni zamanda şahdan rəmzi itaətkarlıq əlaməti olaraq Şuşada onun adına 30 qəpik qiymətində olan pul [sahib-qran] zərb olunmağa başlandı. 1797-ci ildə yaranmış daxili sabitlik Fətəli şaha öz numayəndəsi Ağa Mirseyid Həsəni Rusiyaya, I Pavelin sarayına gondərməyə imkan verdi. Şah numayəndəsi İranın Rusiya ilə munasibətini sahmana salmaq, İranın Cənubi Qafqazı fəth etmək məqsədini bildirdikdə I Pavel Cənubi Qafqazın nə dərəcədə strateji əhəmiyyətə malik olduğunu dərk edərək, İrana Cənubi Qafqaza qarşı hər cür iddiadan əl çəkməyi tövsiyə etdi. Bu xəbər Fətəli şahı öz numayəndəsinin Peterburqdan qayıtmasını gözləmədən Cənubi Qafqazın bütün vilayətlərinə itaətkarlıq fərmanı göndərməyə vadar etdi. Rədd cavabı alan Fətəli şah öz qoşunlarına sərhəddi keçib Cənubi Qafqazı işğal etməyi əmr etdi. Fikrindən əl cəkməyən Rusiya dovləti hərbi əməliyyatın başlanması vaxtının çatdığını qət etdi. Rus qoşunlarının Cənubi Qafqaza yeriməsi xəbəri İran ordusunun geri cəkilməsinə səbəb oldu. İran ordusunun geri cəkilməsi xəbəri lazımi dərəcədə müharibəyə hazır olmayan Rusiyanın da Cənubi Qafqaza yürüşünü dayandırdı. 1798-ci ildə Rusiya Azərbaycanın Xəzər sahili vilayətlərindən, o cumlədən Gürcüstandan əl cəkməyi rəsmi şəkildə İrandan tələb etdi. Hətta Qarabağ məliklərinin də harayına çatdı.
Vərəndo məliki Cəmşid Şahnəzərov və Firudin Bəylərov Peterburqa gedərək çardan xahiş etmişdilər ki, ya Qarabağ vilayətini Rusiya himayayə götürsün, məliklərin təbəələri olan erməniləri və musəlmanları məskunlaşdırmaq üçün Yekaterinoqrad ətrafında yer ayırıb onların köcürulməsini təmin etmək məqsədi ilə qoşun gondərsin, ya da Loriyə qədər uzanan Qazax torpağını onlara vermək haqqında Gürcüstana gostəriş versin. Həmin il 2 iyulda I Pavel fərman verib Kaxetiya çarına tapşırdı ki, Qarabağ xristianlarını Gürcüstanın tərkibində olan Qazax torpağına köçürməyə kömək etsin, onların bütün ehtiyacları ödənsin. Lakin köçürmə baş tutmadı. I Pavel 1799-cu ildə Gürcüstan valisinin xahişilə general-mayor Lazarevin başçılığı Gürcüstana beş minlik ordu gondərdi. 1801-ci il sentyabrın 12-də Georgiyevskdə bağlanan yeni muqavilə Cənubi Qafqaz uğrunda Rusiya-İran rəqabətini yenidən gucləndirdi.
Xarici hücum təhlukələrinin getdikcə daha real xarakter almalarına baxmayaraq XVIII əsrin sonu - XIX əsrin əvvəllərində Azərbaycan xanlıqları arasındakı cəkişmələr səngimək bilmirdi. Vaxtilə rus qoşunlarına qarşı birgə mubarizə aparmaq haqqında öz aralarında razılığa gəlmiş İbrahimlxəlil xanla şamaxılı Mustafa xanın munasibətləri xeyli gərginləşmişdi. Bu məsələdə şubhəsiz ki, Mustafa xanın öz movqelərini xeyli gücləndirməsi və qonşu xanlıqları ələ keçirmək uğrunda ardıcıl mübarizə aparması az rol oynamamışdı. Fətəli xanın ölümundən sonra Quba xanlığının zəifləməsindən istifadə edən Mustafa xan əvvəlcə Salyanı ələ keçirdi, sonra isə Bakı xanlığını özündən asılı vəziyyətə saldı.
Qarabağ xanlığı ilə Şamaxı xanlğı arasında munasibətlərin kəskinləşməsində Şəki xanlığı ilə bağlı rəqabət də az rol oynamadı. Tarix üzrə elmlər doktoru, professor Tofiq Mustafazadə bu haqda yazır ki, Qacarın Azərbaycana ikinci yürüşü zamanı Şəki xanı Məhəmmədhəsən xan ciddi şəkildə cəzalandırılaraq hakimiyyətdən uzaqlaşdırılmışdı. Bundan sonra Şəki xanlığında hakimiyyət İbrahimlxəlil xanın qohumu Səlim xanm əlinə keçmişdi. Məhəmmədhəsən xanın Şəkidə öz hakimiyyətini bərpa etmək üçün Mustafa xana muraciət etməsi sonuncuya bu məsələyə mudaxilə etmək üçün şərait yaratdı. Səlim xan Mustafa xanın üstün qüvvələrinə müqavimət gostərə bilməyib Qarabağa qaçmağa məcbur oldu.
Məhəmmədhəsən xan İbrahimxəlil xanın qardaşı oğlu Məhəmməd bəyi öz yanına dəvət edib bildirdi: «Mən bir kor kişiyəm, Mustafa xanın hökmündən cana gəlmişəm. Gəl, qızımı sənə verim, mənim yanımda qal. Şəki vilayətinin hökumətini öz əlinə al». Məhəmməd bəy bu sözlərə aldanıb Məhəmmədhəsən xanın yanına getdi. Ancaq sonuncu dərhal Məhəmməd bəyi həbs etdi, qatı duşməni Mııstafa xana verdi. Mustafa xan Məhəmməd bəyi qətlə yetirdi.
XVIII əsrin sonu, XIX əsrin əvvəllərində Azərbaycanda olduqca murəkkəb siyasi şərait yaranmışdı. Olkə əvvəllər olduğu kimi yenə də dağınıq vəziyyətdə qalmaqda davam edirdi. Ayrı-ayrı xanların Azərbaycan torpaqlarını vahid dovlətdə birləşdirmək cəhdləri iflasa uğramışdı. Torpaq və sərvətlərini artırmaq uğrunda bir-birləri ilə daimi muharibələr aparan feodal hakimlər ozlərinin şəxsi mənafelərini vətənin ümumi mənafeyindən üstün tuturdular. Bu isə olkə üçün olduqca ağır nəticələrə gətirib çıxarırdı. Ağa Məhəmməd şah Qacarın ordusunun və V.Zubovun başçılıq etdiyi rus ordusunun yuruşləri Azərbaycanı var-yoxdan çıxarmış, onun hərbi qudrətini daha da zəiflətmişdi. Bu yürüşlərin hər ikisi son nəticədə iflasa uğrasa da Azərbaycanın Rusiya və İran tərəfındən işğalı təhlükəsi nəinki sovuşmamış, əksinə, daha da guclənmişdi. Bu dövrdə Qarabağ xanlığında daha ağır vəziyyət hökm sürürdü.
Ağa Məhəmməd şahın hücumları nəticəsində bu xanlıq daha çox dağıntılara məruz qalmışdı. Ağa Məhəmməd şahın ölümündən sonra İranda hakimiyyət başına gəlmiş Fətəli şah ilk növbədə Qarabağ xanığını ələ keçirməyə can atırdı. Şah sərkərdəsi Pirqulu xan Qacarın ordusu İrəvan qalasında möhkəmləndikdən sonra Qarabağ xanlığı üzərinə hücum etmək üçün hazırlıq işlərinə başlamışdı. İbrahimxəlil xan öz qızını Fətəli şaha ərə verməklə və oğlunu onun yanına göndərməklə vəziyyəti bir qədər yumşaltmağa nail olsa da, İranın Qarabağ xanlığını işğal etməsi təhlukəsini tamamilə aradan qaldırmağa nail ola bilməmişdi.
Eyni zamanda rus sarayı Azərbaycandakı azsaylı xristianları əvvəlkitək dayağı sayaraq himayə etməkdə davam edirdi. 1801-ci ildə taxta çıxmış yeni rus çarı I Aleksandr Cənubi Qafqazı qəti olaraq zəbt etmək siyasəti güdürdü. Aleksandr 1801-ci il sentyabrın 12-də Kartli-Kaxetiya çarlığının ləğv edilməsi və onun torpaqlarının Rusiyaya birləşdirilməsi haqqında fərman verdi. Əslində bu akt həm də Azərbaycan torpaqlarının Rusiya tərəfindən işğalının başlanğıcı oldu. Gürcüstanla birlikdə Azərbaycanın Qazax, Borçalı, Şəmşəddil, Pəmbək və Şuragül sultanlıqları da Rusiyanın tərkibinə qatıldı.

Elçin Qaliboğlu

Bu xəbər oxundu
- - -