Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Avropa Atletika Assosiasiyasının rəhbərliyi Bakıda görüşlər keçirib

31.05.18, 12:28
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Ölkəmizdə səfərdə olan Avropa Atletika Assosiasiyasının prezidenti Svein Arne Hansen və baş icraçı direktoru Kristian Milz müxtəlif idman obyektlərini ziyarət edib və görüşlər keçiriblər. Azərbaycan Milli Olimpiya Komitəsindən bildiriblər ki, qonaqlar Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov ilə də görüşüblər. Görüşdə ölkəmizdə idmanın inkişafına dair fikir mübadiləsi aparılıb. Qonaqlar Bakı Olimpiya Stadionunda olublar. Azərbaycandakı idman qurğuları ilə yaxından tanışlıq zamanı “Bakı-2015” birinci Avropa və “Bakı-2017” IV İslam Həmrəyliyi oyunlarının atletika yarışlarının bu stadionda keçirildiyi qeyd edilib.
Daha sonra Avropa Atletika Assosiasiyasının nümayəndə heyəti ilə Azərbaycan Atletika Federasiyasında görüş keçirilib. Qonaqlar federasiyanın fəaliyyəti və strukturu ilə yaxından tanış olub, atletikanın gənclər arasında inkişafı yollarını müzakirə ediblər. Qitənin nüfuzlu idman qurumunun təmsilçiləri görüş çərçivəsində üçtəkanla tullanma idmanı üzrə Avropa rekordçusu Nazim Babayev ilə tanış olublar. Gənclər və idman naziri Azad Rəhimovla görüşdə idman sahəsi üzrə müxtəlif məsələlər müzakirə edilib.
Milli Olimpiya Komitəsində təşkil olunan görüşdə isə Azərbaycanda atletikaya maraq və idmanın bu növünün təbliği, xüsusilə MOK-un bu sahədə gördüyü işlər barədə məlumat verilib. Həmçinin “KIDs Athletics”, “Olimpiya Hərəkatı”, “LEAP 2017”, “Michel Johnson Performance” və digər təbliğedici layihələrin əhəmiyyətindən, son illərdə idmana marağın artmasından danışılıb. Bu layihələrin gənclərin idmana marağının genişləndirilməsi ilə yanaşı, məşqçi, hakim və texniki heyətin bilik və bacarıqlarının artırılmasında mühüm rolu qeyd edilib.

Bu xəbər oxundu
- - -



___

Tehrandan Bakıya dil uzadanlar – Azərbaycandan düşmən yaratmaq onların nəyinə lazımdır?(ardı...)