Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Ronaldonu dünyanın heç bir oyunçusuna dəyişmərəm”

31.05.18, 12:29
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Real”ın sabiq, “Portu”nun isə hazırkı qapıçısı İker Kasilyas keçmiş komanda yoldaşı Kriştiano Ronaldo haqqında fikirlərini bölüşüb. Qolkiper PSJ və “Real” arasında baş tutmaq ehtimalı olan Ronaldo-Neymar “barter”inə münasibət bildirib. “Ronaldonu Neymarla dəyişmərəm. Ümumiyyətlə, Ronaldonu dünyanın heç bir oyunçusuna dəyişmərəm. Bilirəm, futbol dəyişir, ancaq Kriştiano “Real” deməkdi” – deyə, Kasilyas Ronaldonun Madrid klubu üçün önəmini vurğulayıb.
Kasilyas Ronaldonun “Real”dan ayrılmayacağını düşünür: “Birlikdə oynadığım ən yaxşı komanda yoldaşım Ronaldodu. Bu adam inanılmaz işlər görür. O, hər gün inkişaf edir. Bu, dəlilikdi. Nə deyirlər desinlər, məncə, o, “Real”da xoşbəxtdi. Əvvəlki illərdə də çox şeylər yazılsa da, Ronaldo Madriddə qalmışdı. Klubu tərk edəcəyinə inanmıram”.
Son olaraq, 37 yaşlı qapıçı Neymarın “Real”a keçidini başa düşməkdə çətinlik çəkdiyini sözlərinə əlavə edib: “Neymarın “Real”a keçidi? O, “Barselona” kimi böyük klubu PSJ-yə dəyişdi. Hər kəs “Real”da oynamaq istəyər – ümumi olaraq, bunu başa düşürəm, ancaq məhz indi - “Barselona”dan PSJ-yə keçikdən sonra yenidən İspaniyaya geri dönüb, “Real”da oynamaq istəyinə anlam verə bilmirəm”.

Bu xəbər oxundu
- - -