Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Bülbülün 120 illik yubileyinə həsr olunan tədbir keçiriləcək

31.05.18, 12:40
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Bakıda Azərbaycan professional vokal məktəbinin banisi, xalq artisti Bülbülün adına Vokalçıların VII Beynəlxalq müsabiqəsi keçiriləcək. Mədəniyyət Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, müsabiqə iyunun 4-dən 7-dək keçiriləcək.
Müsabiqə iştirakçılarını münsiflər heyətinin sədri, Rusiyanın xalq artisti, professor Sergey Leyferkus, xalq artisti Fərhad Bədəlbəyli, Gürcüstanın Xalq artisti Teymuraz Ququşvili, Ukraynadan xalq artisti Mariya Stefyuk, Rusiya Akademik Böyük Teatrının gənclər proqramının rəhbəri, əməkdar incəsənət xadimi Dmitri Vdovin, Almaniyadan Beynəlxalq opera müsabiqələrinin prezidenti Hans-Yoahim Fray kimi musiqi mədəniyyətinin görkəmli nümayəndələri qiymətləndirəcəklər.
Müsabiqədə Azərbaycan, Rusiya, Türkiyə, Ukrayna, Qazaxıstan, Moldova, Monqolustan, Özbəkistan, Gürcüstandan gənc istedadlı vokalçılar iştirak edəcəklər. Eyni zamanda dünya şöhrətli menecer və prodüserlərin fəxri qonaq qismində iştirakı da nəzərdə tutulub.
Müsabiqənin seçim turları 4-7 iyun tarixində Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçiriləcək. 4-6 iyun tarixində müsabiqənin I və II turları, 7 iyun tarixində isə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə III tur keçiriləcək.
Bülbülün anadan olmasının 120 illiyinə həsr olunmuş yubiley gecəsi iyunun 8-də saat 19.00-da Heydər Əliyev Sarayında, iyunun 9-da saat 19.00-da isə Gəncə Dövlət Filarmoniyasında baş tutacaq.

Bu xəbər oxundu
- - -