Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Azərbaycanın mövqeyi biznes üçün imkanlar açır

31.05.18, 14:15
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azərbaycanın regional nəqliyyat qovşağı qismində mövqeyi biznes üçün çoxlu imkanlar yaradır.
Bu barədə Trend-ə Avropa Komissiyasından bildiriblər.
Agentliyin müsahibi qeyd edib ki, hazırda Azərbaycanda Avropa İttifaqının (Aİ) 20-dən çox üzv ölkəsinin 300-dən çox şirkəti işləyir:
“Azərbaycanın xarici ticarətində Aİ-nin payı 50 faizə yaxın təşkil edir. Eyni zamanda 2017-ci ildə ikitərəfli ticarət dövriyyəsi 11 milyard avrodan çox olub. 1,7 milyard avro Aİ-dən Azərbaycana ixracın, 9,4 milyard avro Azərbaycandan Aİ-yə idxalın payına düşüb. Azərbaycandan Aİ-yə idxalın 98 faizini neft və əlvan metallar təşkil edir, Aİ-dən Azərbaycana ixracın təqribən 45 faizi isə maşın avadanlıqları və kimyəvi məhsulların payına düşür”.
Müsahib onu da əlavə edib ki, Aİ həmçinin Azərbaycanda ən iri investordur:
“Son 11 il ərzində Aİ üzv dövlətləri Azərbaycana 20 milyard dollardan çox investisiya yerləşdirib ki, bu da ölkəyə qoyulan birbaşa xarici investisiyaların ümumi həcminin 46 faizini təşkil edir. Bu gün Aİ həm ölkənin neft sektoruna, həm də qeyri-neft sektoruna investisiya yerləşdirən ən iri xarici investordur”.

Bu xəbər oxundu
- - -