Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Türkiyəyə sərmayə çəkə biləcək adamlar lazımdır

01.06.18, 12:00
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Erdal Sağlam: “Faizləri artıraraq problemi həll etmək çox çətin olacaq"

“Hürriyet” qəzetinin və “CNN Türk” telekanalının iqtisadi məsələlər üzrə şərhçisi Erdal Sağlamın APA-ya müsahibəsini oxucularımıza təqdim edirik

- Maliyyə bazarındakı son dalğalanmalar “Mərkəzi Bank vaxtında lazımi müdaxilələri etmədi” şəklində şərhlərə səbəb oldu. Proseslərə vaxtında müdaxilə edilmədi, yoxsa iqtidarın iddia etdiyi kimi, hər şey kənardan yönləndirilən oyunlarla əlaqədar idi?
- Bazarda problemlər vardı: həmişəki kimi cari kəsir yüksək idi, inflyasiya 2 xanəli rəqəmdə idi, büdcə açığı narahatlıq doğuran səviyyədə idi. Ancaq Mərkəzi Bank lazımi tədbirləri görməkdə gecikdi. Bunun əsas səbəbi siyasi iqtidarın faizlərin yüksəlməsini istəməməsidir. Siyasi iqtidar öz dünyagörüşü çərçivəsində yüksək faizi qəbul etmədiyinə görə, onun təsiri altında qalan Mərkəzi Bank lazımi addımları ata bilmirdi. Nəticədə faizlər 3 bal artırılıb valyutanın məzənnəsi müvəqqəti şəkildə bir qədər aşağıya çəkilsə də, vəziyyətin bu şəkildə davam etdirilməsi ümidsiz kimi görünür. Çünki həm də hal-hazırda seçkiyə hazırlıq prosesi davam edir, bu dönəmlərdə iqtidarların maliyyə nizam-intizamından uzaqlaşdıqlarını həmişə görmüşük.
Büdcədən seçki üçün xərclənəcək vəsaitlər iqtisadiyyat üzərində əlavə təzyiq yaradacağı kimi, Mərkəzi Bankın vaxtında tədbirlər görməməsi nəticəsində əcnəbi sərmayədarlarda da müəyyən tərəddüdlər yaranması qaçılmazdır. Baş nazirin iqtisadiyyata cavabdeh müavini və Mərkəzi Bankın prezidenti Londona gedib, atmosferi yumşaltmağa çalışdılar, bundan sonrakı mənzərəni yaxından izləyəcəyik. Mənə elə gəlir ki, faizləri artıraraq bu işləri həll etmək çox çətin olacaq.
- Prezidentin baş müşavirləri Yiğit Bulut və Cəmil Ertem bir neçə ildən bəri artıq Londonun dünyanın maliyyə mərkəzi olmaqdan çıxacağını və İstanbulun maliyyə mərkəzi olacağını iddia edirdilər. Amma Mehmet Şimşək ilə Murat Çetinkaya yenə Londona getdilər. ”Dünyanın maliyyə mərkəzi İstanbul” iddiası boş çıxdı?
- Bu, kimlərinsə sözü ilə olacaq iş deyil. İstanbul dünyanın mühüm maliyyə mərkəzlərindən biri halına gələ bilər. Ancaq bunun üçün lazımi mühitin və infrastrukturun yaradılması lazımdır. Hər şeydən əvvəl, güvən və etimad atmosferi yaradılmalıdır. Qısa müddətdə mümkün olmayacaq, bu işə gələcəkdə baxmaq olar. Qurumları daha da gücləndirib, müstəqil hala gətirmək bu işin ən mühüm şərtidir.
- Bəzi şərhçilər və müxalifət təmsilçiləri mövcud vəziyyətdən çıxmaq üçün Türkiyənin yenidən Beynəlxalq Valyuta Fondunun qapısına getmək məcburiyyətində qalacağını iddia edirlər. Bu, həqiqətə nə qədər uyğundur?
- Türk lirəsi sürətli şəkildə dəyər itirməyə davam etdikcə, xaricdən pul tapmaq çətinləşə bilər.
Məncə, indiki halda BVF-dən pul istəmək barədə danışmaq hələ tez olsa da, çarəsizlik yaranması durumunda Valyuta Fondundan pul istəmək qaçılmaz hala gələcək. Yeni bir “stand-by” sazişinə ehtiyac yaranması ehtimalını mən də görürəm.
- “Reuters” agentliyi dünənki xəbərində 24 iyunda cənab Ərdoğanın yenidən seçilməsi halında iqtisadiyyatın idarəçiliyinin tək əldə toplana biləcəyini yazıb. Bununla bağlı şərhiniz nədir?
- İqtisadiyyatın bir çatı altında toplanaraq idarə edilməsi başqa şeydir, tək adamın nəzarəti altında idarə edilməsi başqa şeydir.
İqtisadiyyatın idarəçiliyinin tək əldə toplanması qurumların müstəqilliyinin aradan qalxması deməkdir ki, bununla prosesləri normal şəkildə idarə etmək mümkün deyil. Qurumların müstəqilliyi qorunmalı, onların arasındakı koordinasiya işi çox dəqiq aparılmalıdır. Mən bundan başqa yol görmüəm.
- Seçkidən sonra iqtisadiyyatın idarəçiliyinin indikindən fərqli şəxslərdə olması beynəlxalq arenada Türkiyəyə olan baxışa nə dərəcədə təsir göstərər? Məsələn, Əli Babacanın 3 ildən bəri iqtisadiyyatın başında olmamasının beynəlxalq arenada müsbət qarsalanmadığı deyilir.
- Beynəlxalq miqyaslı sərmayədarlar bir ölkəyə gedərkən, əlbəttə ki, iqtisadiyyatın idarəçiliyində özlərinin etimad edə biləcəyi insanları görmək istəyərlər. Əli Babacan onlardan biridir. Seçkidən sonra konkret Əli Babacan olmasa da, iqtisadiyyata onun kimi yanaşan bir adamın olması Türkiyənin xeyrinə olar. Ölkə içindəki həddindən artıq populist yanaşmaları ölkədən kənarda neytrallaşdırıb, Türkiyəyə sərmayə çəkə biləcək adamlar lazımdır.

Bu xəbər oxundu
- - -