Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Cənub Qaz Dəhlizi” XXI əsrin nəhəng razılaşmalarından biridir”

01.06.18, 12:26
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Əsrin müqaviləsi” Azərbaycanın XX əsrdə imzaladığı böyük bir müqavilədirsə, “Cənub Qaz Dəhlizi” XXI əsrin nəhəng razılaşmalarından biridir”. Bunu millət vəkili Rauf Əliyev deyib.
Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən bu siyasətin əsas uğuru Azərbaycanın da daxil olduğu Avropanın enerji təhlükəsizliyini təmin edəcək məkanın formalaşdırılmasıdır:
"Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunun artması ölkəmizə olan iqtisadi və siyasi marağı daha da gücləndirib. Bu layihə geniş beynəlxalq əməkdaşlığı reallaşdıran bir layihədir. Azərbaycan belə genişmiqyaslı iqtisadi və siyasi əməkdaşlığı tələb edən layihəni həyata keçirməklə beynəlxalq aləmdə nüfuzunun daha da artmasını təmin edir".
R.Əliyevin sözlərinə görə, "Cənub Qaz Dəhlizi"nin açılışı göstərdi ki, Azərbaycan qarşısına qoyduğu bütün hədəflərə çatır və bu layihənin reallaşması ölkəmizdə neft-qaz sənayesinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu nümayiş etdirir.

Bu xəbər oxundu
- - -