Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

İki liderin görüşü öncəsi gərginlik və əngəl

04.06.18, 9:43
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Koreya Xalq Demokratik Respublikasının (KXDR) başçısı Kim Çen In Sinqapurda ABŞ prezidenti Donald Trampla görüşü ərəfəsində ölkənin ali hərbi komandanlığının üç nümayəndəsini dəyişib. Bu haqda Cənubi Koreyanın kəşfiyyat mənbələrinə istinadən “Yonhap” nəşri bildirib. Bunlar Şimali Koreyanın xalq silahlı qüvvələri nazirini Pak Yen Sika, Koreya Xalq Ordusunun Baş qərargahının rəhbəri Li Men Su və Şimali Koreya ordusunun əsas siyasi idarəsinin müdiri Kim Con Qakadır. Onları müvafiq olaraq xalq silahlı qüvvələrinin nazir müavini Ho Qvan Çxol, Baş qərargahın rəis müavini Li Yen Qil və Koreyanın Əmək Partiyasının Pxenyan komitəsinin sabiq sədri Kim Su Qil əvəz edib. “Əvvəlki vəzifəli şəxslərin düşüncəsində elastiklik çatmırdı. Xüsusi halda, Ho Qvan Çxolu mülayim insan hesab edirlər”, - nəşrin mənbələrini danışıblar.
Mənbələrin sözlərinə görə, ali hərbi komandanlıqda yerdəyişdirmələr Kim Çen Inın ABŞ prezidenti ilə görüşü zamanı bağlaya biləcək denuklearizasiya haqqında razılaşmalarla bağlıdır. Yerdəyişmələrin hədəfi mümkün razılaşmaya qarşı çıxa biləcək hərbçilərin ram edilməsidir. Mənbələr həmçinin ali hərbi rəhbərlikdə dəyişikliyi Trampa müsbət jest kimi qiymətləndirirlər. Qeyd edək ki, ABŞ və KXDR liderlərinin Sinqapur göüşünün iyunun 12-də keçirilməsi planlaşdırılır.
Şimali Koreyanın Xarici İşlər Nazirliyinin başçısının birinci müavini Kim Qe Qvan daha əvvəl bildirib ki, Pxenyan ABŞ-la o şərtlə danışıqlar aparacaq ki, Amerika prezidenti Donald Tramp yalnız nüvə problemini həll etməyi deyil, həm də Pxenyanla münasibətləri qaydaya salmağı istəsin. O həmçinin əlavə edib ki, Koreya Xalq Demokratik Respublikası denuklearizasiya haqqında birtərəfli tələblərlə dialoqda maraqlı deyil.
Pxenyanda hesab edirlər ki, danışıqların nəticələri Şimali Koreya iqtisadiyyatının inkişafına impuls verməlidir. Eyni zamanda, Kim Çen In böyük risk qarşısındadır. Axı hərbçilər nüvə proqramından imtinanı məğlubiyyətə bərabər hesab edəcəklər və bu, onun nüfuzunda mütləq təsir edəcək. ABŞ prezidenti Donald Tramp ilə Şimali koreyalı həmkarı Kim Çen In arasında 12 iyun tarixində Sinqapurda baş tutacaq zirvə görüşünə daha bir əngəl çıxıb.
“Vaşinqton Post”a istinadən xəbər verir ki, Şimali Koreya liderlərin Sinqapurda yerləşəcəkləri hotelin hesabını ödəmək istəmir. Kim və onun heyəti Sinqapurda 5 ulduzlu “Fullerton” hotelində qalmağı üstün tutub. Hotelin VİP bölməsinin bir gecəsi isə 6000 dollardır. Ancaq Şimali Koreya hökuməti bu xərci ödəmək niyyətində deyil. ABŞ dövlət katibinin sözçüsü Heter Nouret verdiyi açıqlamada bildirib ki, ölkəsi heç bir şəkildə Şimali Koreyanın xərclərini ödəməyəcək və bu xərcin üçüncü ölkə tərəfindən ödənməsinin də tərəfdarı deyil.
Bunun qarşılığında Sinqapur hökuməti hotelin xərclərini qarşılaya biləcəklərini ifadə edib. Böhran davam edərkən sürpriz bir şəkildə təklif gəlib. Nobel Sülh Mükafatı laureatı olan Beynəlxalq Nüvə Silahlarından Tamamilə İmtina Edilməsi Hərəkatı (İCAN) 2017-ci ildə qazandıqları sülh mükafatından əldə edilən 1,1 milyon dolların bir qismi ilə hotelin xərclərini ödəyə biləcəklərini açıqlayıb.
İCAN-ın üzvü Akira Kavasaki təkliflə bağlı bunları deyib: “Hətəkatımız nüvə silahlarından imtina etmək üçün fəaliyyət göstərir. Bu zirvənin nüvə silahından imtina etmək yolunda bir nəslin əldə edə biləcəyi ən yaxşı fürsət olduğuna inanırıq. Buna görə də Nobel pul mükafatını Koreya yarımadasında sülhü təmin etmək üçün xərcləməyə hazırıq”.

Bu xəbər oxundu
- - -