Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Ermənistanda Soros dönəmi başlayır?

04.06.18, 11:33
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Anadolu Aydınlar Ocağının sədri, professor İbrahim Öztək Ermənistanın yeni baş naziri Nikol Paşinyanın yürütdüyü siyasəti təhlil edən məqalə yazıb.
“Ermənistanın yeni baş naziri Paşinyan nə etmək istəyir?” adlı məqalədə qeyd olunur ki, bu ölkədə baş verənləri Rusiya və qonşu dövlətlər izləməklə kifayətləniblər.
Məqalədə vurğulanır ki, Paşinyanın açıq şəkildə Soros və Amerikanpərəst strategiya müəyyənləşdirməyə çalışmasını Rusiya narahatlıqla izləyir.

Təhlildə, həmçinin qeyd olunur ki, yeni baş nazir Nikol Paşinyan strateji postlara - müdafiə və xarici işlər nazirliklərinə, Milli Təhlükəsizlik Şurasına ABŞ-ın təsiri altında olan şəxsləri rəhbər təyin edib.
Bundan əlavə bildirilir ki, Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, təhsil və elm naziri Araik Arutunyan vaxtilə Soros Fondunun maliyyələşdirdiyi “Transparency International” təşkilatında koordinator olub. Dövlət Nəzarəti Xidmətinin rəhbəri David Sanasaryan isə qərbyönlü olmaqla yanaşı Rusiyafobdur. O, Rusiya hərbi bazasının ölkədən çıxarılmasına yönəlik fəaliyyətlə məşğuldur.
Dəyişiklik və siyasi xətt Ermənistanın Rusiya mövqeyindən ABŞ və Qərb mövqeyinə yönəldiyini göstərir. Bu isə Rusiya əleyhinə yürüdülən siyasətdir.

Bu xəbər oxundu
- - -