Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Türkiyə İraqda kürdlər üzərində üstünlüyü ələ alar bilər”

05.06.18, 7:54
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Türkiyə ordusu İraqın şimalında PKK terror təşkilatının bazası və mərkəzi olan Qandilə doğru irəlilləyir. Bu əməliyyat mərkəzi Bağdad hakimiyyəti ilə razılaşdırılıb, və PKK terror təşkilatı artıq İraq ərazisindən istifadəsi getdikcə çətinləşəcək.
Bunu politoloq Məhəmməd Əsədullazadə Türkiyənin İraqın şimalında keçirdiyi hərbi əməliyyatlara münasibətində deyib.
O, bildirib ki, Türkiyə silahlı qüvvələrinin uğurlu hərbi əməliyyatları çərçivəsində bu terror təşkilatı son illərdə ciddi itkilərə məruz qalıb. Qeyd edim ki, Qandil əməliyyatının indiki vaxtda təsadüf etməsi, əsasən regionda xüsusu ilə şimali İraqda dəyişən şərtlər və İraqda Türkiyənin güclənməsindən irəli gəlir. Həmçinin Türkiyə hakim partiyasının bir növ seçkilər öncəsi, bu əməliyyatla xalqın rəğbətinin qazanmasına hesablanıb: “Təbii ki, PKK-ya qarşı hərbi əməliyyatlar davam etməsəydi, PKK YPG terror təşkilatı vasitəs ilə silah və təchizatla möhkəmlənib, Türkiyəyə qarşı güc olaraq ortaya yenidən çıxacaqdı və terror hücumlarını intensivləşdirəcəkdi. Menbicdə YPG-nin ABŞ silahları ilə silahlanmasını nəzərə alsaq, demək, bu silahların PKK-nın əlində olması deməkdir.
Türkiyənin Şimali İraqda güclənməsi, burada Kürd muxtariyyətini nəzarətdə saxalayacaq və Bağdada qarşı təzyiq rıçaqlarına malik olacaq. Mosulda təhlükəsizliyin təmin edilməsinə və bu şəhərdə kürdləşmənin qarşısın almaq üçün unikal şansa malik ola bilər”.
Politoloqun fikrincə, Türkiyə hakimiyyəti Kərkük məsələsində ciddi siyasi proseslərə başlamalı, Kərkükdə türkmanlara sahib çıxmalıdır: “Hazırda İraqda parlament seçkilərində türkmanların Kərkükdə səsələri kürdlərin leyhinə yazılaraq saxtakarlığa yol verilib. Qeyd edim ki, Anakara bununla bağlı Bağdadala təmasa keçməli, türkmanların siyasi hüquqularının tanınmasına çalışamalıdır. Və Türkman muxtariyyətinin yaradılmasını masaya çıxarmalıdır. Bununla da Türkiyənin İraqda kürdlər üzərində ciddi şəkildə üstünlüyü ələ alar. Amma, inidki Türkiyə hakimiyyətinin buna gedəcəyi mümükün görünmür”.

Bu xəbər oxundu
- - -



___

Tehrandan Bakıya dil uzadanlar – Azərbaycandan düşmən yaratmaq onların nəyinə lazımdır?(ardı...)