Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Suriya müharibəsini qızışdıran ölkələr razılığa gəliblər

05.06.18, 9:40
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Suriyada illərdir davam edən müharibəni qızışdıran ölkələr zəngin neft yataqlarında hakimiyyəti ələ almaq məqsədilə razılığa gəliblər. Türkiyə mətbuatı xəbər verir ki, YPG və digər terror təşkilatlarından "maşa" kimi istifadə edərək ölkənin neft sərvətlərindən istifadəni davam etdirmək üçün Rusiya prezidenti Vladimir Putin ABŞ lideri Donald Trampla razılığa gəlib. Regionda münaqişələrə yol verilməyəcək.
Amerika ilə Rusiya bir çox məsələlərdə qarşı-qarşıya gəlsə də, Suriya neftinin ölkədən çıxarılması üçün məcburən ortaq məxrəc tapmalı olublar. Suriyanın ən zəngin neft ehtiyatlarının yerləşdiyi Deyr-əz-Zor bölgəsində "neft ixracına" dair qarşılıqlı müqavilə imzalanıb. Bölgədə rus zabitləri ilə bir araya gələn YPG-li terrorçular, Amerika adına müqaviləyə imza atıblar. Müqaviləyə əsasən isə Deyr-əz-Zorun şimal girişindəki əl-Hüseyniyə, ya da əl-Salihiye kəndlərində iki tərəf arasında bir dəhliz açılacaq. Dəhliz vasitəsilə də neft ixracı və logistik dəstəklər təmin olunacaq. Əsas şərt isə regionda bundan sonra münaqişələrə qətiyyən yol verilməməsidir.

Bu xəbər oxundu
- - -



___

Tehrandan Bakıya dil uzadanlar – Azərbaycandan düşmən yaratmaq onların nəyinə lazımdır?(ardı...)