Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Xüsusi prokuror Trampın seçki qərargahının keçmiş rəhbərinə yeni ittihamlar irəli sürdü

05.06.18, 9:41
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

ABŞ-da xüsusi prokuror Robert Müller prezident Donald Trampın seçki kampaniyasının keçmiş rəhbəri Pol Manaforta yeni ittihamlar irəli sürüb. Onun Ukraynanın maraqlarının təbliği üçün birgə işlədiyi şirkətdən şahidlərə təsir göstərməyə çalışdığı bildirilir. Xüsusi prokuror Robert Müller iyunun 4-də məhkəməyə təqdim etdiyi sənəddə bildirir ki, hazırda zaminə buraxılmış Manafort “dəfələrlə” "The Hapsburg Group" şirkətindən iki nəfərlə kommunikasiya yaratmağa çalışıb. O, həmin şirkətlə 2014-cü ilədək, Ukraynanın keçmiş rusiyapərəst prezidenti Viktor Yanukoviçin maraqlarının təbliği üçün işləyib.
Məhkəmə sənədində qeyd olunur ki, Federal Təhqiqat Bürosunun (FTB) əlində sənədlər, bəyanatlar və telefon söhbətlər var. Bunlar Manafortun zaminə buraxılmasının şərtlərini pozaraq fevralda iki potensial şahidlə kommunikasiyaya cəhd göstərdiyini ortaya qoyur.Manaforta daha öncə irəli sürülmüş ittihamlar sırasında çirkli pulyuma, xarici agent kimi qeydiyyatdan keçməmək, bank və vergi fırıldağı var. O, özünü təqsirli bilməyib.
Manafort Trampın seçki kampaniyasının indiyədək ittiham irəli sürülmüş ən vəzifəli üzvüdür. Ancaq ittihamlardan heç biri onun 2016-cı ilin ortasında kampaniyaya qısa müddətə rəhbərlik etdiyi dönəmə aid deyil. İttihamların bir neçəsi onun Yanukoviç üçün işlədiyi müddəti əhatələyir. Yanukoviç 2014-cü ilin küçə etirazları nəticəsində devrilib, hazırda Rusiyada mühacirətdə yaşayır.
Bu ilin əvvəlində irəli sürdüyü ittihamnamədə Müller bildirirdi ki, Manafort 2012 və 2013-cü illərdə “Avropanın keçmiş yüksəkçinli siyasətçilərini” Yanukoviç hökuməti üçün Vaşinqton və Avropada lobbiçiliyə cəlb edib. 2 milyon avrodan çox pul aldığı bildirilən keçmiş siyasətçilərin lobbiçilik üçün pul aldıqlarını açıqlamadıqları vurğulanır.
Məhkəməyə iyunun 4-də təqdim olunmuş sənəddə iddia olunur ki, Manafort Hapsburgdan şahidlərə zəng edərək, onlara “qabaqcadan informasiya vermək” istəyib, ancaq duyuq düşən şahid dəstəyi asıb. Manafort daha sonra həmin şəxsə bir neçə mesaj göndəribmiş. Onların içində “Business Insider”dən bir məqalə də varmış: “Müller Pol Manaforta ittiham verəndən sonrada Avropanın keçmiş liderləri durumu izah etməyə çalışırlar”. Daha bir mesajda deyilib: “Danışmalıyıq. Aydın şəkildə demişəm ki, onlar Avropada işləyiblər”.
Şahidin müstəntiqlərə bildirməsinə görə, o, Manafortun cəhdlərini onun potensial bəyanatlarına təsir göstərməkdən ötrü onunla əlaqə saxlamaq istəməsi kimi yozub. Şahid Hapsburg Groupun təkcə Avropada deyil, Birləşmiş Ştatlarda da lobbiçilik etdiyini vurğulayıb. Manafortun məhkəməsi sentyabrın 17-də Vaşinqtonda olmalıdır. Müller Trampın seçki kampaniyası ilə Rusiya arasında mümkün əlbirliyini araşdırır.

Bu xəbər oxundu
- - -